Rusiyanın Sankt Peterburq şəhərində əlil arabasında idman rəqsi üzrə Qitələr Kuboku keçiriləcəkdir

 9-10 sentyabr 2017-ci il tarixlərində Rusiyanın Sankt Peterburq şəhərində əlil arabasında idman rəqsi üzrə Qitələr Kuboku keçiriləcəkdir.


Yarışda ölkəmizi Kərimova Vüsalə və Mehdiyev Fərid təmsil edəcəkdir.


13-17 sentyabr 2017 ci il tarixlərində isə Belorusiya Respublikasının Minsk şəhərində 10 ölkənin iştirakı ilə Əlil arabasında idman rəqsi və təyyarədən paraşutla tullanma idman növü üzrə beynəlxalq yarış keçiriləcək. Həmən yarışda Azərbaycan Milli Paralimpiya Komitəsini Kərimova Vüsalə, Mehdiyev Fərid və Babayeva Kəmalə təmsil edəcəklər.


Qeyd edək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraçutla tullanma idman növü dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşmışdır. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşutla tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.


İdmançılarımız 07 sentyabr tarixində H.Əliyev adına beynəlxalq hava limanından yola düşəcəklər.