Bərdə rayon MKS-nin əməkdaşıarı Şəhid Samir Əsədovun ailəsində kitabxana xidməti göstərib. + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

 Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana şəhid ailələrinə, müharibə əlillərinə evlərdə kitabxana xidməti göstərir. Bu məqsədlə Bərdə şəhərində Şəhid Samir Əsədovun ailəsinə evdə kitabxana xidməti göstərilib. Kitabxana Şəhid ailəsinə onların arzularına uyğun ədəbiyyat təqdim edib. Həmin kitablar müharibədə qəhrəmancasına həlak olmuş vətən oğullarına, Milli Qəhrəmanlara, klassiklərimizə aid əsərlərdən ibarət ədəbiyyat toplusu olub. Bütün bünlarla yanaşı kitabxanaçılar şəhid ailəsinə hərbi vətənpərvərlik mövzusunda yazılmış ədəbiyyatlardan , Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Sonda şəhid anası Zərifə Əsədova göstərilən xidmətə görə kitabxananın əməkdaşlarına öz təşəkkürünü bildirib.

 

 

 

 

 

Əsədov Samir Camal oğlu.

(1975-1997)

1975-ci il yanvar ayının 11-də Bərdə rayonunun Divanlı kəndində kolxozçu ailəsində anadan olub. “Moskva” kənd orta məktəbini 1993-cü ildə bitirib.

1993-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Füzulu, Tərtər, Murovdağ, Marquşavan, Çaylı, Cəmilli, Gendərə, Marağa bölgələrində döyüş yolu keçib.

1997-ci il 7 iyun tarixində hərbi qarovulda olarkən düşmən snayperindən açılan güllədən ölümcül yaralanmış, elə həmin güllə yarasından da 1997-ci il 13 iyul tarixində şəhid olmuşdur.

Allah rəhmət eləsin!