Ağcabədidə Qurban bayramı münasibətilə fiziki məhdud uşaqlar üçün bayram tədbiri təşkil edilmişdir + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır. Elə bu məqsədlə də Ağcabədi Rayon İcra Hakimiyyəti 01 sentyabr .2017-ci il tarixdə "Günərzi " qayğı mərkəzində fiziki məhdud uşaqları üçün bayram tədbiri təşkil etmişdir.


Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov, Millət vəkilləri Tahir Rzayev və idarə-müəssisə rəhbərləri iştirak etmişdir.


Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxış edərək bayram münasibətilə bütün uşaqları təbrik etmişdir.


Daha sonra tədbir Üzeyir Hacıbəyli adına şəhər incəsənət məktəbinin və " Günərzi " qayğı mərkəzinin kollektivinin hazırladığı əyləncəli proqramla davam etmişdir.Tədbirin sonunda uşaqlara qurban payı verilmiş, bu əziz gündə onlarda bu bayram sevincini ürəkdən yaşamışlar.