AZpress.AZ təqdim edir: - Aqşin Əliyev

AZpress.AZ təqdim edir: Aqşin Əliyev

 Aqşin Byükağa oğlu Əliyev 16 mart 1977-ci ildə Lənkəran rayonunun Ləj kəndində ziyalı ailəsində dünyaya gəlmişdir.1983-1994-cü illərdə Ləj kəndindəki orta məktəbdə təhsil alıb.1994-cü ildə ADPU-nun ,,tarix –filologiya ,, fakültəsinə daxil olub.
1995-ci ildə təhsilini Lənkəran Dövlət Universitetinin ,,Humanitar fənənlər,,fakültəsində davam etdirib.1998-ci ildə oranı müvəffəqiyyətlə bitirib,,,tarixçi ,,ixtisasına yiyələnib.1999-cu ildə hərbi xidmətdə olub.1999-cu ildən Lənkəran rayonunun Bəlləbur kənd orta məktəbində tarix müəllimi işləyib və elə o dövürdə də müəllimi Akademik Fazil Osmanovla birlikdə Lənkəran rayonunun Bəlləbur kəndində yerləşən Bəlləbur qalası və Sığon qəbiristanlığında araşdırmalar apararaq ,,Bəlləbur qalası,, adlı elmi-publisistik məqaləsini yazıb.
2000-ci ildə Bakı şəhəri 35 saylı orta məktəbdə tarix fənnini tədrs edib.Yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayıb.İlk şeiri 1989-cu ildə ..murzilka ,, jurnalında dərc olunub.Daha sonra ,,Üç rəngli bayraq,, ,Neyləyim,, , ,,Tövbə,, , ,, Natiq Aslanov ,, və sairə şerləri ,,Zaman 24,, saytında dərc olunub.
Fars ,Əfqan-dari,Rus və Azərbaycan dillərini mükəmməl bilir.Farsca,rusca və türkcə də şeirləri var.Fars dili üzrə ali təhsil alıb.Təhsil üzrə keçirilən mütəlif seminar və kurslarda 1-dərəcə alaraq fəxri fərmanlarla və sertifikatlarla təltif olunub.Boş vaxtlarında rəsm çəkməyi,musiqi bəstələməyi və xəritə çəkməyi sevir.Aləlidir və üç uşağı var.

 

***

 

Bağışla məni


İlk dəfə o yerdə görəndə səni,
Əgər gülmüşəmsə,bağışla məni.
Gülüşüm toxunub sənin qəlbinə,
Əgər bilmişəmsə bağışla məni.
Lal kimi baxırdım sənin üzünə,
Gözlərim dəymədi qəlbin sözünə.
Dəyişmərəm səni ömrün yüzünə,
Əgər ölmüşəmsə, bağışla məni.
Sənə söz deməyə etmədim cürət,
Yazıldı qəlbimə ayrılıq,möhnət.
Düşdü taleyimə,ömürlük qürbət,
Əgər gəlmişəmsə bağışla məni.
Əlimdə olmadı heç ixtiyarım,
Çəkdim cəfasını,əhdsiz ilqarın.
Dostumkən mən səni nazlı nigarım,
Əgər sevmişəmsə bağışla məni.


Aqşin Əliyev.22.09.2017

 

 

3.Qələbə vaxtıdır

 


Tükəndi xalqımın səbir kasası
Tükəndi ordumun sülh rizası
Sülh dedik acizlik başa düşdülər
İndiysə qisasın əsl vaxtıdır

 

Nə qədər danışıq apdıqsa biz
Məğlub tərəf kimi çıxdı səsimiz
Doldu hövsələmiz daşdı səbrimiz
İndiysə hücuma keçsək yaxşıdır

 


Bir-bir əldən getdi torpaqlarımız
Düşdü çadırlara yazıq xalqımız
Xankəndi ,xocalı Şuşa qalamız
Onları düşməndən almaq vaxtıdır

 

Düşmən viran edib el-obamızı,
İndi də səngərdə durmaq vaxtıdır.
Daşaltı bulağı ,Şuşa qalası,
Onları düşməndən almaq vaxtıdır.


Xankəndi oylağı,qırxqız yaylağı
Hind Arxı bulağı ,İsa bulağı
Hər yerdə hər yanda gəzir sorağı
İndidə qələbə çalmaq vaxtıdır


16.05.2017

 

 

Ey Həkim.


Ey həkim bala həkim dərdimə et çarə həkim,
Düşmüşəm eşq oduna qəlbim olub yarə həkim.
Gəl bu gün etmə inad daru götür yanıma gəl,
Bədənim rənc-ü əzab üzrə olub qarə həkm.

 

Etməsən çarə mənə atəş-i suzan olaram,
Yığılıb qovrularam burda yanıb kül olaram.
Ürəyim parçalanar, ömrə vida eyləyərəm,
Onda sən təşrif edib, ölmümü gör ya həkim.

 

Sən həkimsən həkimin andını sən pozmaginən,
Xəstəni başdan edib,başqa dəva yazmaginən.
Baxma biçarəyə sən,eylə mənə çarə həkim,
Ölərəm gözü açıq sən gələrsən zarə həkim.

 

Xəlq edib ruy-i zəmində niyə xudaya məni,
Puç olub ruzi güzarım eyləyir zayə məni.
Oxuyanda quranı, eyləyr hivz ayə məni,
Quranın hökmünə gəl qoyma məni darə həkim.


25.06.2017.Akşin Əliyev
 

 

 

Gəl belə etmə

 


Gəl eylə vəfa sevgimizə yar sənə qurban,
Qurban olaram gözlərinə gəl belə etmə.

 

Çox gəzmə uzaq,məndən iraq olmasın ruhun,
Qurban olarm ruhuna mən,gəl belə etmə.

 

Gəl etməginən nazı mənə,mən sənə heyran,
Heyran olaram gözlərinə,gəl belə etmə.

 

Dinlə ki, məni səhvlərinə agah olasan,
Gəl keç bu xəyaldan,qulaq as gəl belə etmə.

 

Əvvəlcə baxışdın azacıq,sonra vuruldun,
Aldın məni öz tilsiminə,gəl belə etmə.

 

Sonra mənə bir namə yazıb,sirrə büründün,
Sirrin məni rüsvay elədi gəl belə etmə.

 

Hərdəm yanıma lövbər atıb,cilvələnirdin,
Cilvən məni heyran elədi,gəl belə etmə.

 

Bir gündə gəlib qənşərimə,etiraf etdin,
Sevgin məni hüsran elədi,gəl belə etmə.

 

Saldın məni də eşq oduna ,eşqə qapandım,
Eşqin məni peyşan elədi,gəl belə etmə.

 

Hər gün başıma,pərvan olub ,ağlımı çaldın,
Pərvanən məni şam elədi,gəl belə etmə.

 

Qəlbim sənə aid,bir içim suya dönüşdü,
İçdin o suyu,yandı içim,gəl belə etmə.

 

Bir gündə çıxb getdin o gün,sən yuva qyrdun,
Çün eylə bu gün yad məni sən,gəl belə etmə.

 

Bilsəydim əgər,onda məni tərk edəcəksən,
Onda deməliydim sənə mən,gəl belə etmə.


11.07.2017.Akşin Əliyev