"Feysbukun və Həyatın Sirləri" kitabı artıq satışdadır!

 Kitabın müəllifi Yunis Dürüst'dür.


Bu kitabın Azərbaycanda bənzəri yoxdur! Birinci özəlliyi, feysbuka və onun məsələlərinə aid yazılmış ilk kitab olmasıdır; ikinci özəlliyi, insan psixologiyasına dərindən izah verən ilk kitab olmasıdır; üçüncü özəlliyi, həm maarifləndirici, həm təsviredici olmasıdır; dördüncü özəlliyi isə, xüsusi bir mövzuyla (feysbuk və virtual həyat), ümumi mövzunun (real həyatın) sintez olunmasıdır.


Feysbuk nədir və Həyat nədir; bunlar niyə iç-içədirlər?

 

Virtual aləm doğrudanmı qeyri-real bir yerdir?

 

Biz həyatı gerçəkdən düzgün anlamışıqmı?


Ən əsası, depressiyadan necə uzaq olaq və necə xoşbəxt olaq?


Bütün bu sualların, hər şeyin cavabı-bu kitabda!


Hər kəsin deyil, yalnız inkişaf etmək istəyənlərin kitabı!


Feysbuku və həyatı açıqlayan və 100-dən çox anlayışın izahını verən kitabda həm məlumatlar, həm də tövsiyyələr verilir, davranış və qərarlarımızın altqatı açıqlanır. Bu kitabda hər kəs özünü tapacaq-sən, dostun; tanıdığın, tanımadığın insanlar.... Gələcəkdə səni gözləyən mənfi olayların qarşısını indidən almaq və doğru qərarlar vermək üçündür bu kitab!

 


Kitabı 40 faizədək endirimlə bu yerlərdən əldə edə bilərsiz; “Elmlər”də, metronun əsas çıxışı ilə üzbəüz olan bütün kitab-dəftər mağazalarından. “Nizami” metrosunun yaxınlığında-“Furqan” dini mağazasından. "Torqovı"da- “Ali Nino” mağazasından, “Nizami” muzeyinin kitabxanasından və Prezident kitabxanasından (“Kitab Evi” mağazası). “28 May”da: “Kitab Evim” mağazasından. Onlayn formada isə (bütün bölgələrə və ölkə xaricinə çatdırılma ilə) “alinino.az” və “kitabevim.az” saytından və feysbukda “Bakumoz Books” səhifəsindən sifariş edə bilərsiz. Astarada isə “Astara Book House” mağazasından ala bilərsiz.