Agcabədi şəhər uşaq musiqi məktəbi “Açıq qapı” günü N saylı hərbi hissədə olublar + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə 2 sentyabr 2017- ci il tarixində bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib.


AZpress.AZ xəbər verir ki, hərbi hissədə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.


Ağcabədi şəhər uşaq musiqi məktəbinin şagird və müəllim kollektivi hərbi hissədə geniş konsert proqramı ilə çıxış etmişlər. Uşaq musiqi məktəbinin direktoru Asif Xəlilov bildirmişdi ki, hərbi hissədə keçirilən mədəni-kütləvi tədbirlərdə rənga-rəng konsert proqramı ilə çıxış etdiklərinə görə kollektivimiz hərbi hissə komandirinin Fəxri Fərmanı ilə təltif olunmuşdu.