Millimiz San Marino komandasını məğlub etdi – 5:1 + FOTO (AZpress.AZ – Nail Əhmədov)

Dünən DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilir.

 

VIII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq. Dünən ilk olaraq Azərbaycan millisi San Marino yığması ilə qarşılaşıb.

 

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq üçün bu matçda əlindən gələni ediblər.

 

Komandamız cırtdan ölkə təmsilçisi üzərində 5-1 hesablı qələbə qazanaraq, tarixinin rekorduna imza atıb. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca dörd dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyub.

 

5-1 hesablı qələbə, millimizə birdən birə 3-cü sıraya yüksəlmək şansı qazandırıb. Belə ki, bizimlə eyni xala malik olan Norveç yığması qrup lideri Almaniya ilə, üçüncü pillənin hazırkı sahibi Çexiya isə ikincilik üçün savaşan Şimali İrlandiya ilə qarşılaşdığından bu irəliləyişin reallaşması ehtimalı mümkündür.

 

Əgər Almaniya və Şimali İralndiya komandaları dünən qalib gəlsələr, millimiz 10 xalla 3-cü pillədə qərarlaşacaq.