Uşaq Paralimpiya Komitəsinin boccia idman növü üzrə idmançıları Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək boccia idman növü üzrə beynəlxalq turnirdə iştirak edəcək + FOTO

 Azercell Telekom MMC-nin dəstəyi ilə ilk dəfə olaraq Uşaq Paralimpiya Komitəsinin boccia idman növü üzrə idmançıları Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək boccia idman növü üzrə beynəlxalq turnirdə iştirak etmək üçün səfərə yola düşüblər. Yarışda İngiltərə, Rusiya, Polşa, Çexiya kimi güclü komandalar iştirak edəcəklər və bizim Uşaq Paralimpiya Komitəsinin idmançıları bu turnirin ən azyaşlı iştirakçıları kimi yarışa qatılıblar.


İdmançılarımıza uğurlar arzulayırıq!