XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

İlham Əliyev Soçidə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib.
-ELM
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
AMEA Naxçıvan Bölməsində ekspedisiyaların yekununa həsr olunan tədbir keçirilib
Tarix: 11-9-2017 // saat: 12:49   -ELM
AMEA Naxçıvan Bölməsində “Naxçıvanda arxeoloji araşdırmalar”... 
AMEA Naxçıvan Bölməsində “Naxçıvanda arxeoloji araşdırmalar” adlı tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublika Sədrinin dəstəyi ilə 2006-cı ildən ərazidə aparılan geniş miqyaslı tədqiqatlardan bəhs edərək bildirib ki, bu il bölgənin müxtəlif ərazisində 2 beynəlxalq, 3 respublika əhəmiyyətli ekspedisiya həyata keçirilib.

Akademik Bölmənin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə bölgənin müxtəlif ərazilərində qazıntılar apardığını, tədqiqatlar zamanı da çox sayda maddi-mədəniyyət nümunələrinin aşkar olunduğunu və bu nümunələrin Naxçıvan ərazisi ilə bağlı qaranlıq məsələlərin həllində mühüm rol oynadığını deyib. İ.Hacıyev bu il Amerika Birləşmiş Ştatlarının arxeoloqları tərəfindən muxtar respublika ərazisində 10 günlük kəşfiyyat xarakterli ekspedisiyaların da aparıldığını bildirib.

Tədbirdə Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin Beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro çıxış edərək Uçan ağıl, Şorsu, I Kültəpə yaşayış yerində aşkar olunan təbəqələrdən ətraflı bəhs edib. Xanım Marro araşdırmaların çox maraqlı nəticələri olduğunu xüsusi vurğulayaraq bildirib ki, qazıntılar zamanı keramika məmulatları, heyvan sümükləri, ocaq yerləri və digər tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın qədim tarixə malik olduğunu bir daha təsdiq edir.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri Vəli Baxşəliyev Naxçıvan şəhərində, I Kültəpə və onun ətrafında olan Uzunoba, Yeni yol, Uçan ağıl və digər qədim yaşayış yerlərində araşdırmalar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən danışıb.

Vəli Baxşəliyev diqqətə çatdırıb ki, abidələrin yaşı karbon analizi vasitəsi ilə təyin edilir və xüsusi aparatlar vasitəsi ilə xərtələşdirilir. Ekspedisiyanın rəhbəri qeyd edib ki, aparılan arxeoloji qazıntılarla bağlı məlumatların geniş ictimaiyyətin diqqətinə çatdırılması üçün müxtəlif vaxtlarda 20-dən artıq internet saytı, o cümlədən qəzetlərə, televiziya və radio verilişlərinə materiallar təqdim edib.

Alim arxeoloji qazıntılara dəstək və hərtərəfli şərait yaradan Naxçıvan Muxtar Respublika Ali Məclis Sədrinə və qazıntılarda arxeoloqlara yaxından köməklik göstərən bütün hər kəsə təşəkkürlərini bildirib.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək arxeoloji ekspedisiya heyətinə gələcəkdə arxeoloqlar ilə bərabər botaniklərin, bioloqların, zoloqların cəlb olunması təklifini irəli sürüb. O, qeyd edib ki, ərazidə aşkar olunan heyvan sümüklərinin mütəxəssislər tərəfindən yerindəcə incələnməsi daha məqsədə uyğun olar.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev Naxçıvan ərazisində aparılan araşdırmaları və çoxsaylı tədqiqatları yüksək qiymətləndiriblər.

Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri video görüntü vasitəsilə nümayiş olunub.

 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
XƏBƏR - -ELM
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub, hərbi parad keçirilib.
Tarix: 21-10-2017 // saat: 12:47
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub.
Tarix: 20-10-2017 // saat: 19:32
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”
Tarix: 20-10-2017 // saat: 11:17
Naxçıvan şəhərində yeni məscid binası tikilir.
Tarix: 16-10-2017 // saat: 12:00
Cavadxan QASIMOV: BİR MİLLƏT, İKİ DÖVLƏT: AZƏRBACAN-TÜRKİYƏ
Tarix: 13-10-2017 // saat: 23:44
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
21.10.2017  21:38
İdmançı ona lağ edən aparıcını peşman etdi VİDEO
21.10.2017  19:37
İŞİD sığınacaqlarında İsrail və ABŞ istehsalı olan silahlar tapıldı VİDEO
21.10.2017  19:29
İş yerinə oğurluğa gedib,pulu az görən şəxsdən məktub VİDEO
21.10.2017  19:21
Televizoru damdan qızın başına atdı VİDEO
21.10.2017  18:53
Beynəlxalq Muğam Mərkəzində möhtəşəm Romans axşamı! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )
21.10.2017  17:38
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Etika Akademiyasında “Fitnes etikası” adlı seminar təşkil etmişdir. + FOTO (AZpress.AZ – Rüstəm İsmayılov)
21.10.2017  17:00
Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Arye Qutla görüş keçirilib.
21.10.2017  15:59
Dünyanın ən yaxşı ikrasını necə əldə edirdilər.
21.10.2017  15:09
Müsbət auranı yaradanın uşaqlar olduğunu sübut edən 15 şəkil.
21.10.2017  14:41
Yarasaya bənzəyən heyvan.
21.10.2017  14:11
Rumıniya həbsxanalarında sevgi oazisi.
21.10.2017  13:26
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar başlayıb.
21.10.2017  13:19
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
21.10.2017  13:04
İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib.
21.10.2017  12:55
Silahlı Qüvvələrdə Dövlət Müstəqilliyi Günü qeyd edilir.
21.10.2017  12:47
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub, hərbi parad keçirilib.
21.10.2017  12:36
HHM qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib.
21.10.2017  12:31
İtaliyadan idxal edilən dekorativ bitkilər məhv edilib.
21.10.2017  12:24
Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” sərgisi.
21.10.2017  12:08
Deputat Şahin İsmayılov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxış edib.
21.10.2017  12:03
“AmCham”: Azərbaycanda şirkətlər ekoloji layihələrə diqqəti artırır.
21.10.2017  11:57
Oktyabrın 26-da Moskvada Azərbaycan-dövlət rəqs ansamblının möhtəşəm konserti olacaq.
21.10.2017  11:52
Leyla Əliyeva Musiqili Teatrda olub.
21.10.2017  11:47
Özbəkistan prezidenti: Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanın mövqeyi dəyişilməzdir, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik.
21.10.2017  11:41
“Molla Pənah Vaqifin sənət idealları və müasirlik” mövzusunda elmi sessiya keçirilib.
21.10.2017  11:37
“Türkologiya” jurnalı beynəlxalq indeksdə.
21.10.2017  11:30
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq əlaqələri genişlənir.
21.10.2017  11:24
BMTİP, Azərbaycan və “Coca-Cola” Salyanda Qadın Resurs Mərkəzi açıb.
21.10.2017  11:20
BSU-da fakültələr arasında intellektual oyun keçirilib.
21.10.2017  11:14
“MSXƏEBM 60: Mədəniyyət abidələri bərpaçıların gözü ilə” adlı treninq seminar və fotosərgi.
21.10.2017  11:08
ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anılıb.
21.10.2017  11:02
Bakıdan İzmir Balçovaya, İzmir Balçovaya Bakıya Sənət Körpüsü.
21.10.2017  10:56
Bankların Marketinq və PR menecerləri görüşüb.
21.10.2017  10:50
ADU-da Hindistanın milli bayramı olan Divali qeyd edilib.
21.10.2017  10:45
Azərbaycan və Meksika arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökumətlərarası saziş imzalandı.
21.10.2017  10:40
FAO GMO-ların aşkarlanması üzrə regional təlim keçirib.
21.10.2017  10:36
ABA-nın nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik ” üzrə Ekspert Qrupunun iclası keçirilib.
21.10.2017  10:26
Bəhruz Kəngərlinin sərgisi. + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
20.10.2017  22:30
Azərbaycan və ABŞ hökümətlərinin birgə layihələri çərçivəsində Ağcabədi rayonunda su təminatın yaxşılaşdırılır. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )
20.10.2017  22:22
Dünya şöhrətli alman professor Qərbi Kaspi Universitetində.
Arxivə keçid >>>
> OKTYABR 2017
Mo Di Mi Do Fr Sa So
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Rüstəm İsmayılov
»» Minə Türksoy
»» Nəriman İsmayılov
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Maya Quliyeva
»» Ramin Qurbanov
»» Ağaddin Babayev ( Lənkəran )
»» Nail Əhmədov
»» Natiq İsayev
»» Azər Həsrət
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» Azərbaycan Məbuat Şurası
»» ADU - Azərbaycan Dillər Universitetində
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» MEHRİBAN ƏLİYEVA
»» ATGTİ
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
İCTİMAİ
XƏZƏR
AzTV
LİDER
İDMAN
MƏDƏNİYYƏT
Türk TV-ləri
SPACE
ANS
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Asiya TV kanallar
Amerika TV kanallar
Ümumi səslər : 15611
MƏTBUAT
http://sehm.az