Beynəlxalq Muğam Mərkəzində İki qəlbin dastanı adlı kamera musiqi gecesi təqdim edildi. - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Beynəlxalq Muğam Mərkəzində “İki qəlbin dastanı” adlı kamera musiqi gecesi təqdim edildi. + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

 Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Iki qəlbin dastanı” adlı kamera musiqisi gecəsikeçirildi.
Gecədə Səidə Tağızadə (piano), Əməkdar artist Aleksey Miltıx (cello) duet olaraq Azərbaycan və dünya bəstəkarlarının klassik və müasir əsərlərindən ibarət kompozisiyalarla çıxış etdilər. Robert Şuman- fantastik pyeslər, Sergey Raxmaninov- Violençel və fortepiano üçün sonata, Jorj Massne- düşüncə, Nazim Əliverdibəyov –Elegiya, Astor Piazolla- Grand Tango, Fərhad Bədəlbəyli- Şuşa əsərləri tamaşaçılara təqdim olundu.
Festifal çərçivəsində musiqisevərlər musiqi zövqlərini kökləmək üçün Beynəlxlaq Muğam Mərkəzində cəmləşdilər. Tamaşaçılar hər ifanın sonunda gurultulu alqışlarla ifaçılara öz sevgilərini çatdırdılar.
Qeyd edək ki, festifal çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 20 sentyabr UNESCO- nun sülh artisti Eliso Bolkvadzenin (piano) ifasında fortepiano musiqi gecəsi, 21 sentyabr Beynəlxlaq muğam Mərkəzi və Mədəniyyət kanalının birgə hazırladığı “Sevgili canan” adlı layihə, 23 sentyabr tarixində Eldəniz Ələkbərzadənin (piano) ifasında fortepiano musiqi gecəsi keçiriləcək.
Biletləri şəhərin kassalarından, Azan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !