AMEA Naxçıvan Bölməsində“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” və “Naxçıvanda sənətkarlıq” adlı nəşrlərin təqdimatı olub -

AMEA Naxçıvan Bölməsində“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” və “Naxçıvanda sənətkarlıq” adlı nəşrlərin təqdimatı olub

 AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı kitabının və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosentSara Hacıyevanın “Naxçıvanda sənətkarlıq” monoqrafiyasının təqdimatı olub.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraqhər iki kitabın nəşrini yüksək qiymətləndirib.Bildirib ki, Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitinə həsr etdiyikitabda qəzet, jurnal və toplularda müəllifinmüxtəlif illərdə çap olunmuş məqalələri sistemləşdirilib.
İ. Hacıyev Sara Hacıyevanınmüəllifi olduğu monoqrafiyadaNaxçıvan ərazisində orta əsrlərdə yaradılan və bu günə gəlib çıxan sənətkarlıq məsulları, bədii daşyonma, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, zərgərlik, bədii tikmə, boyaqçılıq və digər nümunələr barəsində məlumatların yer aldığını söyləyib.Qeyd edib ki,kitabda Azərbaycan tədqiqatçıları ilə yanaşı, türk və rus alimlərinin tədqiqatları, müxtəlif dövrlərdə bölgəyə səfər edən əcnəbi səyyah, coğrafiyaşünas və tarixçilərin yol qeydləri və əsərləri də öz əksini tapıb.
Tədbirdəfilologiya üzrə elmlər doktoru, professorHüseyn Həşimlinin “Naxçıvanın elmi, ədəbi və mədəni mühitinin tədqiqinə həsr edilmiş qiymətli əsər” və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutununşöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Naxçıvanda sənətkarlığın inkişafına həsr edilmiş dəyərli əsər”mövzusunda məruzələri dinlənilib.
Daha sonra mövzu ətrafındabölməninİncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutununşöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov çıxış ediblər.
Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün onu da qeyd edək ki,“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər”və “Naxçıvanda sənətkarlıq” adlı kitablar Bölmənin Elektron Kitabxanasının “Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.

 

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )