Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yeni bərpa olunmuş electronic website-ın təqdimat mərasimi keçirilib - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yeni bərpa olunmuş electronic website-ın təqdimat mərasimi keçirilib + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

22 sentyabr Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən
Opera Studiyanın konsert zalında Bakı Musiqi Akademiyasının (BMA) yeni bərpa
olunmuş electronic website-ın təqdimat mərasimi keçirilib. Qeyd edək ki, BMA-
nın rəsmi elektron saytı ilk dəfə 2002-ci ildə yaradılıb. Lakin müasir dövrümüzdə
yeni texnologiyaların yaranması, yeni informasiyalara tələbatın artdığını nəzərə
alaraq BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti,
professor F.Ş.Bədəlbəylinin müəllif layihəsi əsasında saytın yenilənmiş bərpası
həyata keçirilib. Layihə rəhbəri – Tədris işləri üzrə Birinci prorektor, Əməkdar
müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva və layihə
koordinatoru – “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar”
kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor
Tariyel Məmmədovun iştirakı ilə yenidən yaradılan saytın təqdimat mərasimində
bir çox yeniliklərin əlavə olunması qeyd olunub.
İlk öncə professor Tariyel Məmmədovun çıxışı əsasında sayt haqqında ətraflı
məlumatlar auditoriyaya təqdim olunub. Vurğulanıb ki, Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyası yarandığı gündən etibarən tarixi fəaliyyəti (illərlə),
yetişdirdiyi görkəmli şəxsiyyətlər, struktur bölmələr, xəbərlər, tələbələrin qəbul
qaydaları və s. ilə yanaşı ilk dəfə olaraq tələbələr üçün musiqi lektoriyası - video
mühazirələr, elektron not kitabxanası və onun ifaları, bugünəcən yazılmış
dissertasiyaların kataloqu, istənilən formada not vərəqləri, əsərlərin janrlarla
təsnifatı və həmçinin karaoke bölməsi, “Sibelius” proqramında iş üzrə əyani və
distans tədris sistemi saytda geniş əks olunub.
Bildiyimiz kimi bu günlərdə dahi bəstəkar Ü.Hacıbəylinin doğum günü ilə
əlaqədar ölkəmizdə “Musiqi Günü” qeyd olunub. Təqdimat mərasiminin
Ü.Hacıbəyli IX Musiqi Festivalı ərəfəsində baş tutması da təsadüfi deyildir. Musiqi
təhsil ocağının yaradıcısı kimi, dahi şəxsiyyətin ruhuna ehtiram olaraq onun həyat
və yaradıcılığı, fəaliyyəti habelə ən önəmli arxiv məlumatlar saytda geniş yer tutur.
Belə ki, saytın tərkibində ilk dəfə olaraq Ü.Hacıbəylinin virtual muzeyi yaradılıb.
Demək olar ki, Üzeyir bəyin bütün yaradıcılığını əhatə edən bu bölmədə eyni
zamanda Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin Üzeyir
bəy haqqında dəyərli fikirləri də video lent vasitəsilə təqdim olunub. Bununla
yanaşı Üzeyir bəyin tələbələri – görkəmli bəstəkarlar haqqında məlumatlar da
xüsusi yer tutur.

Qeyd edək ki, səhnədə izahlı çıxışla yanaşı saytın əyani təsviri də nümayiş
olunub.
Daha sonra BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq
artisti, professor F.Ş.Bədəlbəyli saytın yaradılmasını uğurlu bir addım kimi
qiymətləndirərək öz fikirlərini və təbriklərini dilə gətirib. Rektor qeyd edib ki, “bu
əslində möhkəm bir silahdır. Çünki öz tarixini, öz arxivini qoruyan xalq hər zaman
uğur qazana bilər. Bu tək musiqi deyil, bu bir müharibədir və Üzeyir bəy öz
əsərləri ilə bu müharibədə iştirak edir.” Rektor eyni zamanda əziyyət çəkən
kollektivə öz minnətdarlığını da bildirib.
Ardınca Asəf Zeynallı adına Musiqi texnikomunun direktoru, professor Nazim
Kazımov hörmətli rektorun təbriklərinə qoşularaq bu işdə əziyyəti keçən hər kəsə
təşəkkürünü bildirib.
Təqdimat mərasimi tələbələrin hazırladığı musiqili konsert proqramı ilə ilə
davam edib. BMA-nın I kurs tələbəsi Heydərli Nigarın ifasında Ü.Hacıbəyli
“Sənsiz”, III kurs tələbəsi, Prezident təqaüdçüsü İbrahimova Aytənin ifasında
F.Əmirov “Məhəbbət rəqsi” (müşayiət edən: Respublikası və Beynəlxalq
müsabiqələr laureatı Usubova Züleyxa), Respublikası və Beynəlxalq müsabiqələr
laureatı Fəxri Kazım Nicatın ifasında F.Əmirov “Baharımsan” və “Sevgili Canan”
(müşayiət edən: Kərimova Dilarə) əsərləri səsləndirilib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !