Azərbaycan-Çin iqtisadi əməkdaşlığı mövzusunda dəyirmi masa keçirilib -

“Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib

 Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasından (ÇİEA) olan nümayəndə heyətini qəbul edib.

Görüşdə Çin-Azərbaycan əlaqələrinin tarixindən söz açılıb. Xalqlarımız və ölkələrimiz arasında iqtisadi, siyasi, elmi və mədəni sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın bu gün də dinamik inkişaf etdiyi deyilib. Hər iki ölkənin elmi mərkəzləri arasındakı mövcud münasibətlər və gələcək inkişaf prioritetlərindən danışılıb.

Sonra dəyirmi masa öz işinə başlayıb.

Tədbirdə Çin İctimai Elmlər Akademiyası (ÇİEA), AMEA-nın humanitar və ictimai elmlər bölmələrinin institut və təşkilatlarından nümayəndələr iştirak edib.

Tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan ilə Çin arasında elmi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Akademik Çində bütün sahələrlə yanaşı, elm sahəsinin də sürətlə inkişaf etdiyini qeyd edərək ölkəmizin elmi sahədə Çin ilə əməkdaşlığının təqdirəlayiq hesab edildiyini vurğulayıb.

Sonra çıxış edən ÇİEA-nın prezidenti, akademik Van Veyquan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədinin hər iki elmi qurum arasında əlaqələrin yeni mərhələdə inkişaf etdirilməsi və konkret istiqamətlər üzrə sistemli müştərək layihələrin həyata keçirilməsi olduğunu deyib. Qeyd edib ki, növbəti mərhələdə əməkdaşlıq münasibətləri Çinin digər elmi-tədqiqat institutları ilə də yaradılacaq.

Sonda akademik Akif Əlizadə qonaqlara xatirə hədiyyələri təqdim edib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !