Dirijor Bərdia Kiyarəs Musiqili Teatra belə təşəkkür etdi. -

Dirijor Bərdia Kiyarəs Musiqili Teatra belə təşəkkür etdi.

 Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, teatrbu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarını nümayiş etdirib. Teatrkollektivinin Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalındakı budəfəki çıxışının xüsusi bir cəhəti olub. Təqdim olunan tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edib. Bərdia Kiyarəs məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakla bağlı Bakıya dəvət olunub. Hər iki tamaşa anşlaqa və böyük uğura səbəb olub, tamaşaçılar tərəfindən sevgi və alqışlarla qarşılanıb.
Uğurlu çıxışdan sonra ünlü dirijor Bərdia Kiyarəs Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkür məktubu üvanlayıb.
“Salam!
Bu şəkil mənim üçün hər zaman əziz yadigar olacaq. Mənim həyatımda bu iki gecə ən gözəl, ən möhtəşəm gecələr oldu. Və hamısı şəxsən Sizin və teatrınızın mənə olan münasibətindən qaynaqlanır. Məni ən çox sevindirən bu oldu ki, həmişə arzum olan möhtəşəm Üzeyir festivalında iştirak etdim. “Arşın mal alan”, “O olmasın, bu olsun” operettaları mənim uşaqlıqdan sevdiyim əsərlərdi. Fəqət mən bu əsərlərə təkcə notlarda yazılan kimi dirijorluq eləmədim. Böyük Üzeyir bəyə, Azərbaycana və Azərbaycan musiqisinə ürəyimdə olan sevgi və məhəbbəti də bu notlara əlavə elədim. Mənim üçün ən unudulmaz məqam orkestrin bütün heyətinin tamaşaçılarla birlikdə məni alqışlaması oldu. Ən önəmlisi isə bu idi ki, Siz mənə güvəndiniz, mənə etimad göstərdiniz. Mənim ən böyük sevincim budur ki, Azərbaycanı canı qədər çox sevən mərhum atamın böyük arzusunu həyata keçirdim. O, Azərbaycan musiqisinə qulaq asarkən gözləri yaşarırdı. Mən çox gözəl bilirəm ki, bizim musiqimiz dünyada ən yaxşı və ən gözəl musiqidir. Və mən inanıram ki, dünyada heç bir musiqi Azərbaycan musiqisini üstələyə bilməz, bu musiqinin qarşısında heç bir musiqi dayana bilməz. Və yenə də demək istəyirəm ki, sizin hamınızı – Azərbaycanı və azərbaycanlıları ömrümün axırına qədər çox istəyəcəyəm”, - deyə məktubda qeyd olunur.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !