Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - 90 -

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - 90

 Sentyabrın 23-də Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verdi. Həmin gün teatrın səhnəsində böyük M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olundu. Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov , teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları salamlayaraq təbrik etdilər. Teatrın direktoru çıxışı zamanı diqqətə çatdırdı ki, bu il ADGTT özünün 90 illik yubileyinə hazırlaşır. Bu gündən etuibarən nümayiş olunan hər bir tamaşa həm də yubiley ərəfəsində tamaşaçılaraımıza bir hədiyyədir. Teatrın tarixi , vaxtilə bu sənət ocağında çalışan unudulmaz aktyorlar haqqında bir sıra faktları qeyd etdikdən sonra həmçinin ötən mövsümdə qazanılan uğurlardan söz açaraq diqqətə çatdırdı ki, teatr yola saldığımız 89-cu mövsümdə bir çox xarici ölkələrdə teatr festivallarında uğurla çıxış edib, tamaşalarımız və aktyorlarımız bu festivallardan diplomlarla və qalibiyyətlə vətənə qayıdıblar. Bundan əlavə ötən mövsümdə 11-dən artıq yeni tamaşa səhnə həllini taparaq tamaşaçıların ixtiyarına verilmişdir. Mövsümün sonunda isə teatrın bir sıra əməkdaşları ənənəvi “Sima” mükafatı ilə təltif ediliblər. Teatrın rəhbəri vurğuladı ki, nümayiş olunan tamaşa həm də Beynəlxalq Sülh gününə həsr edilib.
Mövsümün açılışı ilə əlaqədar çıxış edən teatrın Baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev tamaşaçıları teatrın səhnəsində nümayiş olunan bir-birindən maraqlı tamaşalara dəvət edərək yeni mövsümdə həm kollektivə həm də tamaşaçılara uğurlar arzuladılar.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !