Müğənni İradə İbrahimova yeni mövsümdən yaradıcılıq işlərinə start verib. -

Müğənni İradə İbrahimova yeni mövsümdən yaradıcılıq işlərinə start verib.

 Hazırda Bakıda olan müğənni bir neçə yeni mahnını lentə yazdırır. İ.İbrahimova bir müddət öncə türkiyəli heyət tərəfindən hazırlanan fotosessiyasını təqdim edib. Fotosessiya haqqında danışan İradə: “ciddi qadın obrazı təqdim etmişəm. Çəkiliş studiyada aparılıb və müxtəlif geyimlərdən istifadə olunub” – deyə, bildirib.

Qeyd edək ki, İradənin yeni mahnılarından biri gələn həftədən etibarən radiolarda səsləndiriləcək.

Müğənninin fotosessiyasını təqdim edirik:

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !