TBİLİSİDƏ SOYDAŞLARIMIZ QANVERMƏ AKSİYASI KEÇİRDİLƏR -

TBİLİSİDƏ SOYDAŞLARIMIZ QANVERMƏ AKSİYASI KEÇİRDİLƏR

 Gürcüstanda yaşayan soydaşlarımız ölkə həyatında aktiv iştirak edirlər. Aktiv Azərbaycanlı Qadınlar Asosiasiyasının rəhbəri Gültəkin Mustafayevanın AZpress.AZ-a verdiyi məlumata əsasən Asossiyanın təşəbbūsū ilə bu il ilk dəfə olaraq Aşura günü Tbilisi şəhər məscidində Qanvermə aksiyası keçirildi. Aksiya ciddi marağa səbəb oldu və yüzlərlə insane könüllü olaraq bu aksiyada iştirak etdilər.
Gürcüstan Müsəlmanları İdarəsininin dəstək verdiyi bu aksiyadan əldə edilən qan nümunələri Gürcüstanda qan çatışmamazlığından əziyyət çəkən vətəndaşlarına hədiyyə edildi.
Gūltəkin Muatafayeva qeyd etdi ki , aksiya keçirməkdə məqsədimiz mūsəlmanların nə qədər yardımsevən və sivil olduqarını gürcü xalqına nümayiş etdirməkdir.
Qan vermə aksiyasının təşkilinə görə Tiflis xəstəxanasının Baş həkimi Eka Xorava bu nəcib təşəbbüsə görə Gürcüstanın Azərbaycanlı vətəndaşlarına öz dərin təşəkkürünü bildirdi.

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !