ADU-da Çinin siyasi tarixinə dair seminar keçirilib -

ADU-da Çinin siyasi tarixinə dair seminar keçirilib

 Oktyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU)nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin Xalq Respublikasının yaranmasının tarixi” mövzusunda Çin Xalq Respublikasının yaranmasının 68 illiyi – milli bayramına həsr olunmuş tələbə elmi seminarı keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin Xalq Respublikasının yaranmasının tarixi səbəbləri və bu hadisənin XX əsrin dünya siyasi tarixində əhəmiyyətindən danışaraq, Çin Kommunist Partiyası və ÇXR-in banisi, xalq inqilabının lideri Mao Tszedunun Çin tarixindəki rolu üzərində xüsusilə dayanıb.
Seminarda çıxış edən ADU-nun tələbələri XX əsrdə Çində baş verən əsas siyasi hadisələr, yerli xalqın vahid müstəqil Çin uğrunda mübarizəsi, xalq inqilabının qələbəsi, ÇXR-in yaranması və Çində sosializm quruculuğu haqqında danışıblar.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !