Uşaq kinosuna yeni bir nəfəs gətirəcək Big Bubble əməliyyatı adlı uşaq filminin təqdimat mərasimi keçirildi. - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Uşaq kinosuna yeni bir nəfəs gətirəcək “Big Bubble əməliyyatı” adlı uşaq filminin təqdimat mərasimi keçirildi. + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Qalada filmin yaradıcı heyyəti, bir çox Media nümayəndələri, hər zaman Azərbaycanın haqq səsini dünyaya çatdıran millət vəkili Qənirə Paşayeva və digər qonaqlar iştirak edirdi.
Qeyd edək ki, filmin rejissoru Teymur Nəcəf, baş prodüseri Elşən Əliyev, prodüseri Dilşad Musa, bəstəkarı Ləman Nəcəf, musiqi tərtibatçısı Rövşən Muhammed, quruluşçu operatoru Zaur Hüseynov, ssenaristi Teymur Nəcəfdir.
Aparıcı Elməddin Məmmədovun təqdimatıyla qırmızı xalıya dəvət olunan filmin yaradıcı heyyəti film haqqında öz təəssüratlarını bildirərək, onlara dəstək olanlara minnətdarlıqlarını bildirdilər. Bildirək ki, filmdə iştirak edən uşaqlardan yeddisi artıq 6 ilə yaxındır ki, uşaqların düzgün inkişafı, təhsil və tərbiyələnməsi istiqamətində fəaliyyət göstərən Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləri – Musa Allahverdiyev, Zəhra Muradova, Sübhan Əzizov, Hacımurad Davudov, Rinat Davudov, Dəniz Aslanlı, Elay Əzizova, biri isə mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər Gülmalıyevadır. Bundan başqa filmdə valideyn, nənə, sehrbaz və digər maraqlı obrazlar da yer almışdır.
3 gözəl tortun kəsilməsi və yaradıcı heyyətin kollektiv şəkil çəkdirməsindən sonra hər kəsin həyəcanla gözlədiyi an gəlib çatdı və film nümayiş olundu.
İlk dəqiqələrdən artıq zalda uşaqların təəccüb və sevinc səsləri eşidilirdi. Macəra xarakteri daşıyan “Big Bubble əməliyyatı” filmi, həm də tərbiyəvi əhəmiyyətinə görə diqqəti cəlb etdi. Belə ki, filmdə valideyn-övlad arasında qurulan ünsiyyət, böyüyə - nənəyə, babaya hörmət, dostluğa sadiqlik, bacı-qardaş məhəbbəti və digər münasibətlər filmin sujet xəttinin zənginliyindən xəbər verirdi. Bütün bu deyilənlərin bir filmdə yer alması isə filmin ssenari və rejissor işinin mükəmməlliyinin göstəricisi idi.
Filmin bir növ davamedici sonluqla bitməsi kiçik izləyiciləri intizara saxlayaraq davamının olacağını göstərirdi. Bu isə müasir uşaq kinosunun tezliklə zənginləşəcəyindən və yeni uğurlara imza atacağından xəbər verirdi.
35 прикрепленных файлов 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !