ADU-da Hindistan etnoqrafiyası kitabının təqdimatı keçirilib. -

ADU-da “Hindistan etnoqrafiyası” kitabının təqdimatı keçirilib.

Oktyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin (Ayvazalı) ikicildlik “Hindistan etnoqrafiyası” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Öncə tədbir iştirakçılarını salamlayan Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva etnoqrafiya sahəsinədə yərli töhfə olan“Hindistan etnoqrafiyası” kitabının müəllifinə dərin minnətdarlığını bildirib.“Regionşünaslıq kafedrasının əməkdaşlarının vaxtaşırı olaraq müxtəlif ölkələr və xalqların etnoqrafiyası, mədəniyyəti və tarixi haqqında kitabları işıq üzü görüb, bilavasitə bu kitablar sayəsində ölkələr haqqında daha geniş məlumat əldə edilib.Bəhmən Əliyev “Hindistan etnoqrafiyası” dərs vəsaitini yazmaqla universitetimizdə hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə böyük töhfə vermiş oldu, tələbələrkitabvasitəsiləməcazimənadaHindistanıkəşfetmişolacaqlar” – deyə bildirən S.Əliyeva müəllifin kitabda Hindistana yalnız tarixi, mədəni obyekt kimi yanaşmadığını, bu ölkəni etnoqraf kimi tədqiq etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonar Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent Samir Həmidov çox miqyaslı təhlil və araşdırma mənbəyi olan “Hindistan etnoqrafiyası” kitabının Hindistanın maddi-mədəni zənginliyi, mürəkkəb tarixi təkamülü və coğrafi baxımdan öyrənilməsində əvəzolunmaz rolunun olacağını vurğulayıb. O, müəllifin müxtəlif etnoqrafik materiallara, tarixi araşdırmalar aəsaslanaraq ərsəyə gətirdiyi dərs vəsaitinin zəngin maddi və mənəvi iris olan Hindistanın daha dərindən öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini sözlərinə əlavə edib.
Hindistanın ölkəmizdəki səfirliyinin əməkdaşı Norbu Neegi kitabın müxtəlif dil, din və mədəniyyətlərin qovşağı olan Hindistanın mədəni və mənəvi irsinin öyrənilməsində mühüm rolunun olduğunu söyləyib. O, bu kitabın Hindistanın tədqiqi və araşdırılması və müxtəlif tarixi dövrlərdə mövcud olan etno-mədəni proseslər barədə məlumat əldə etmək üçün əhəmiyyətli rol oynayacağına ümid etdiyini söyləyib və müəllifə dərin təşəkkürünü bildirib.
Sonda tədbirin təşkil olunmasına görə universitet rəhbərliyinə təşəkkürünü bildirən B.Əliyev kitab haqqında ətraflı məlumat verib. B.Əliyev kitabın birinci cildində Hindistanın tədqiqinin mərhələləri, Hindistanın tarixi-etnoqrafik inkişaf yolu, maddi mədəniyyəti və sənətkarlığı barədə, ikinci cilddə isə dinlər və dini inancların Hindistan etnoqrafiyasının formalaşmasında rolu, kasta cəmiyyəti quruluşu, bayramların və musiqinin hind cəmiyyətində rolu kimi məsələlərdən bəhs olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, ADU-nun Elmi Şurası tərəfindən tövsiyə olunan dərs vəsaiti hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !