ADU-da İsmixan Rəhimov adına auditoriya açılıb. -

ADU-da İsmixan Rəhimov adına auditoriya açılıb.

 Oktyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü iləgörkəmli tərcüməçi, dilçi alim, antisovet “İldırım” təşkilatının qurucularından biri olmuş İsmixan Rəhimov adına auditoriyanın açılış mərasimi keçirilib.
ADU-nun rektoru Kamal Abdulla qırmızı lenti kəsib və tədbiri açıq elan edib.
Müəllimlər günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Kamal Abdulla qeyd edib ki, məhz bu gündə universitet üçün əlamətdar hadisə baş verir: “Azadlıq hərəkatının görkəmli nümayəndələrindən, antisovet “İldırım” təşkilatının qurucularından biri olan İsmixan Rəhimov adına auditoriyanın açılmasını universitetimiz üçün mühüm, əlamətdar hadisə kimi qiymətləndirirəm. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər keçiriləcək”.
İsmixan Rəhimovun antisovet fəaliyyəti, müstəqillik uğrunda atdığı addımlar haqqında məlumat verən Kamal Abdulla onun gördüyü işlərə ulu öndər Heydər Əliyevin dövlət səviyyəsində yüksək qiymət verdiyini söyləyib.
İsmixan Rəhimovun pedaqoq və tərcüməçi kimi fəaliyyətindən söz açan rektor onu işıqlı, qayğıkeş insan kimi qiymətləndirib.
Kamal Abdulla İsmixan Rəhimovla bağlı xatirələrini də bölüşüb.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov İsmixan Rəhimov adına auditoriyanın açılmasını son günlərdə ADU rəhbərliyinin atdığı uğurlu addımlardan biri kimi qiymətləndirib: “Sizin bu addımla İsmixan Rəhimov çox sevdiyi bu universitetə yenidən qayıdıb”.
Millət vəkili İsmixan Rəhimovu son dərəcə mühüm şəxsiyyət kimi qiymətləndirib və qeyd edib ki, ən ali sərvətimiz olan müstəqillik onun ən böyük arzusu idi, o, bütün varlığı ilə istiqlala inanırdı: “Bu inamı doğrulduğuna, arzusu həyata keçdiyinə görə o, çox xoşbəxt idi”.
Şair Sabir Mustafa İsmixan Rəhimova həsr etdiyi şeirləri oxuyub.
İsmixan Rəhimovun qızı, ADU-nun müəllimi Sevda Rəhimova göstərdiyi diqqətə, nəcib təşəbbüsə görə onun ailəsi adından universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonda İsmixan Rəhimovla bağlı qısa film nümayiş etdirilib.

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!