Müğənni Elvin Abdullayev Payız nağılı adlı yeni mahnısını təqdim edib. -

Müğənni Elvin Abdullayev “Payız nağılı” adlı yeni mahnısını təqdim edib.

 AZpress.AZ xəbər verir ki, mahnının sözləri Yaqub Səfərov, musiqisi sənətçinin özünə məxsusdur.

Yeni işindən danışan Elvin bildirib ki, hazırda bir neçə mahnı üzərində çalışır:

“Yay mövsümündə də yeni mahnı yazdım, klip çəkdirdim. Yaradıcılığımda fasilə vermirəm. Payız mövsümü ilə əlaqədar “Payız nağılı”nı təqdim edirəm. Yaxın günlərdə yeni fotosessiyam və mahnılarım olacaq. Şou-biznesdə bəlkədə ən çox mahnı yazdıran ifaçı mənəm”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !