İrəvan - gizlədilmiş həqiqətlər sənədli filminin ilk təqdimat Ağcabədidə keçirilib - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin ilk təqdimat Ağcabədidə keçirilib + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

 Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.
AZpress.AZ xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Sənədli filmin hazırlanmasında əsas məqsəd Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaqdır.
“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. Qeyd edilib ki, filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk–müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, burada azərbaycanlıların mədəni irsinin məhv edilməsi, bu bölgədən azərbaycanlıların köçürülməsi, müasir İrəvanda mədəni irsimiz haqqında tutarlı tarixi faktlar və təsvirlər öz əksini tapıb. Bu layihə Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Sonra filmin nümayişi olub. Xalqımızın maddi-mənəvi irsinə, o cümlədən tarixi və dini abidələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm aktlarından bəhs edən ekran əsəri rayon ictimaiyyəti, tələbə və gənclər tərəfindən maraqla qarşılanıb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !