Mənim Yay Tətilim-2017 Respublika Uşaq Rəsm Müsabiqəsi elan olunmuşdur. - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

“Mənim Yay Tətilim-2017” Respublika Uşaq Rəsm Müsabiqəsi elan olunmuşdur. + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

 2017-ci ilin iyun ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Mənim Yay Tətilim-2017” Respublika Uşaq Rəsm Müsabiqəsi elan olunmuşdur. Müsabiqənin yekun sərgisi 6 oktyabr 2017-ci il saat 16:00-da tarixində Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilmişdir.
Müsabiqədə 430-dən çox uşaq 900-ə yaxın rəsm işi ilə iştirak etmişdir. Sərgidə 130 uşağın 140 işi nümayiş olunması nəzərdə tutulur.
Müsabiqədə Lənkəran şəhər uşaq rəssamlıq məktəbi, Şəki Uşaq Rəssamlıq Məktəbi, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu, Xırdalan qəsəbəsindəki “Uğur” Tədris Mərkəzi, Xırdalan AAAF park nəzdində Uşaq Akademiyası hazırlıq kursları, Günəşli “Elif” Tədris Mərkəzi, “Art House Baku” studiya, “Gunxan art” studiya, “Даша следопит” Uşaq Bağçası, Meridian Tədris Mərkəzi, “Gun Art” Studio, Avropa Azərbaycan Məktəbi, “Mələk” Art Studiya, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, o cümlədən, Qax, Xırdalan, Binəqədi, Suraxanı, Səbail, Ağdaş, Sumqayıt, Lənkəran, Sabunçu və başqa bölgələrin məktəbliləri xüsusi fəallıq göstərmişlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !