ADGTT-da yeni tamaşanın hazırlanmasına start verildi. -

ADGTT-da yeni tamaşanın hazırlanmasına start verildi.

Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç“ – (“Yaşıl adam”) əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilmişdir.
Əsərə olan tamaşaçı marağını, maraqlı səhnə quruluşunu, istedadlı aktyor oyununu və teatra müraciət olunan təklif və arzuları nəzərə alaraq, teatrın bədii şurası “Yaşıl adam” tamaşasının yeni versiyada hazırlanıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlmişdir.
Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.
Tamaşanın yeni versiyasında rolları teatrın istedadlı aktyorları Ramil Məmmədov, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Nuriyyə Əliyeva, Könül Əbilova, Nuranə Hüseynova, Natiq Fərzəliyev, Vahid Orucoğlu, Xəyalə Meydanova, Aygün Fətullayeva və b. ifa edəcəklər.
Tamaşanın premyerası oktyabr ayının 28-i, saat 1200-da və 1400-da baş tutacaqdır.

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !