Yaşar Duymuş təqdimata hazırlaşır. -

Yaşar Duymuş təqdimata hazırlaşır.

Hər zaman mən, Cəmilə Vasifqızı istedadları,bacarıqlı insanları arayıb axtararaq onlara dəstək olmaq, yazılarım,çəkilişlərim vasitəsilə gördüyü işlərə dəyər verərək ictimaiyyətə çatdırmaq istəmişəm.Bu dəfə isə tam əksinə oldu. Mənim gördüyüm işlərə, yaratdığım yazılara diqqət,sevgi,dəyər verərək məni zirvələrdə görmək istəyən gözəl insanlar əhatəmə toplaşdılar. Böyük insanlar böyük işlər görə bilərlər, amma hər kəs bilir ki,böyük insanlardan çox yox, böyük qəlbli insanlar daha gözəl işlər görə bilirlər. Onlar istər kiçik, istər böyük işlər görməklə böyüklüyü qazanırlar. Deməli, gözəl qəlb,insanlıq, dürüstlük - böyüklük sayılır. Belə böyük insanlardan birinin - Türkiyənin Afyonkarahısar ılı sultandaq ılcesı yakasenek qəsəbəsində dünyaya göz.açan Yaşar Duymuşun adını çəkmək istərdim.Bu böyük insan nəinki gözəl qəlbə malikdir, həm də çoxşaxəli yaradıcılıq işləri ilə hər zaman hər kəsi təəccübləndirir. Qəlbi nə qədər böyük olsa da, gördüyü işlər həddən artıq çox olub və hər bir işinə də sevə - sevə, məsuliyyətlə yanaşıb.Yeni- yeni nailiyyətlər əldə edərək zirvələrə qalxıb.Yaşar bəy ilk öncə ədəbiyyata sevgi göstərərək yazar Yaşar olmuşdur. Hər mövzuda gözəl şeirlər yazıb yaradaraq ədəbiyyat aləminə gəlmiş və 2 kitab " Şəfəq vaxtı", daha sonra isə " Son vida" kitablarının müəllifi olmuşdur. Ara sıra uluslar arası antolojilərə qatılaraq gözəl uğurlar əldə edir və müxtəlif fəxri fərmanlarla təltif edilir. 2011 - ci ildən indiyə kimi anadoluhabernet saytının həm baş redaktoru, həm də müxbiridir. Yaşar Duymuş eyni zamanda bir idmançı olaraq da karate üzrə böyük uğurlar əldə edir. İdmana olan sevgi onun həyatında çox nailiyyətli dəyişiklər etməyi bacararaq daha da böyük işlər görmək üçün ona yeni qapılar açır. Yaşar bəy artıq bir müəllim kimi də karate dərslərini keçməyə başlayaraq idmançı uşaqlar yetişdirməyə başlayır. Yaşar müəllim bununla da kifayətlənmir. Və bu dəfə o, özünü aktyorluq sənətində sınayaraq " Arka sokaklar " dizi filminə çəkilir. Əbəttə bu da idmana olan sonsuz sevgidən irəli gəlir ki, Yaşar bəy bu filmdəki iştirakı tamaşaçılar tərəfindən alqışlandığı üçün yeni filmlərə dəvət alır. Hal hazırda da Yaşar bəy dayanmadan öz üzərində çalışır, bu çoxşaxəli yaradıcılıq işini davam edir. Bu yaxınlarda Yaşar Duymuşun yeni kitabı işıq üzü gördü. Bu dəfə də Yaşar bəy hər kəsi heyrətləndirməyi bacardı. Çünki onun yazıb yaratdığı şeirlər deyil, böyük bir incəliklə işlənən böyük " Aşk- ı sena" adlı ilk romanıdır. Bu kitabın təqdimatının keçirilməsi gələn aya planlaşdırılır. Yaşar bəy məni də dəvət edərək şeirlərimin onun şeirləri ilə bir arada səslənməsini,3 il bundan öncə " Rəbbim, bağışla bizi" kitabımın təqdimatının keçirilməsini təklif etdi. Və mənim şeirlərimə bəstələnən mahnılardan Yaşar bəyin gözəl dostları Türkiyənin əvəzolunmaz sənətkarı Adnan Tayfun, Azərbaycanımızın gözəl müğənni aktrisası Çiçək Çimnaz və dəyərli opera sənətçimiz İlham Əsgəroğlu oxuyacaqdır. Qardaş Türkiyədən mənə və mənim gördüyüm işlərə verilən sevgi,diqqət, dəyər, dəvət mənim üçün çox qürurvericidir. Yaşamaq nə gözəldir - həyatı gözəl anlayanlar,anladanlar, yaşayanlar və yaşadanlar üçün. Hər zaman hər görülən kiçik bir işə də dəyər verək ki, dəyərlənək.

Cəmilə Vasifqızı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !