Beynəlxalq Muğam Mərkəzində Ennio Morrokone,Henri Mançini və Nino Rotanın musiqiləri səsləndi. - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Beynəlxalq Muğam Mərkəzində Ennio Morrokone,Henri Mançini və Nino Rotanın musiqiləri səsləndi. + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

  Beynəlxalq Muğam Mərkəzində oktyabrın 16-da İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə “İtalyan dili həftəsi”nin açılış mərasimi keçirildi.
Tədbirdə ilk olaraq İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək, “Dünya italyan dili həftəsi”ndə zəngin italyan musiqisi, ədəbiyyatı və incəsənətinin Azərbaycan ictimaiyyətinə təqdim olunacağını qeyd etdi. Bu tədbir 2001-ci ildən etibarən hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur və oktyabr ayının 3- cü həftəsində “ Dünya İtalyan dili həftəsi” keçirilir.
Bu müddət ərzində ayrı-ayrı ölkələrdə İtaliyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, diplomatlarının iştirakı ilə silsilə tədbirlər keçirilir, İtalyan mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi yüksək dəyərlərdən söhbət açılır. Qeyd edild ki,italyan dili dünyada ingilis, ispan və çin dilindən sonra öyrənilən 4-cü vacib dil hesab olunur.
Bakıda oktyabrın 16-dan 23-dək keçiriləcək həftə çərçivəsində İtaliyanın məşhur rejissor və ssenaristi Francesko Bruninin ustad dərsləri və italyan filmləri nümayiş ediləcəkdir.Konsertlər “35 millimetr kino lenti və musiqi” adı altında keçirilir.
Rəsmi hissədən sonrakı konsertdə Oskar mükafatı almış “La Vita e bella”, “La Strada”, “Amici Miei”, “Nuovo Cinema Paradiso”, “Mediterraneo”, “Un maledetto imbroglio”, “Giu la of Sergio Leone” kino filmlərdən fraqmentlər tamaşaçılara təqdim olundu.
Layihənin müəllifləri italyan filmlərindəki mahnıları caz üslubunda simli kvartetə köçürən bəstəkarlar Stefano Muskaritolo və Kəmalə Əlizadədir.
Gecədə Fəridə Məmmədova( soprano), Səbinə Əsədova (metso-soprano), Siruz Məmmədov (truba), Alina Əliyeva (violin),Samir Əsədov (violin), Anar Əliyev(viola), Eyyub Əliyev (cello), Günel Kazımova (piano) Ennio Morrikone, Henry Mançini, Nino Rota və başqa bəstəkarların əsərlərini ifa etdilər.Tədbirdə İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və etnik musiqisevərlər iştirak edirdilər.
Konsert böyük maraqla qarşılandı.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !