ADGTT Beynəlxalq mətbuatda. -

ADGTT Beynəlxalq mətbuatda.

 Xəbər verdiyimiz kimi ADGTT-nın kollektivi oktyabr ayının 3-dən 9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən “Mariya” adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib. Sözügedən festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilmişdir. Qeyd edək ki, festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib. “Kontrabas” tamaşasının nümayişindən sonra iştirakçı dövlətlərin teatr xadimləri tamaşa haqqında müsbət rəy bildiriblər.
Ukraynanın ən çox oxunan “Gün” ( «ДЕНЬ») qəzetində tanınmış yazıçı, teatr tənqidçisi Dmitriy Drozdovskinin festivalda nümayiş olunan ən yaxşı tamaşalara həsr olunmuş “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsi dərc edilmişdir. Məqalədə ilk olaraq ADGTT-nın təqdim etdiyi “Kontrabas” tamaşası haqqında söz açılır. Bildirilir ki, Şövqi Hüseynov fəlsəfi, insani hisslərlə dolu bir əsərdə qəhrəmanın dramını tam və bütov şəkildə təqdim etməyin öhdəsindən ustalıqla gəlib. Aktyor “balaca adam”ın sərhədlər tanımayan, bitib tükənməz intellektini tamaşaçıya səmimi qəlbdən ötürə bilib. Məqalənin müəllifi vurğulayır ki, tamaşanın maraqlı səhnə həlli qəhrəmanın həm daxili həm də xarici duyğularını dəqiqliklə yaşamağa və inandırıcı surətdə ötürməyə şərait yaradıb. Tamaşa haqqında təəssüratlarını oxucularla bölüşən yazar Şövqü Hüseynovun aktyor oyununu yüksək dəyərləndirmişdir.
Məqalə ilə aşağıdakı linkdə ətraflı tanış olmaq olar : https://day.kyiv.ua/ru/article/kultura/iskusstvo-poliloga-kultur

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !