Ölməzlik ölümdən sonra yaşamaq bacarığıdır! -

Ölməzlik ölümdən sonra yaşamaq bacarığıdır!

  ...Yenə vaxtsız ölüm BAŞ rolda öz peşəkarlığını göstərdi. Yenə qəfil AYRILIQ qəm karvanına bələdçi oldu... İÇ dünyamızı titrədib, qulaqlarımızda aramsızca səslənən ağılar, səssiz göz yaşları, qəmli baxışlar üstümüzə daha bir DOST itkisi ələdi...
Həmişə görüşəndə çöhrəsindən təbəssüm əskik olmayan, dost gəlişinə sevinən Rövşənin ad gününə bircə gün qalmışdı. Fəqət qohum-qardaşına, dosta-tanışına “Əlvida!” söyləməyə belə ƏCƏL ona macal vermədi! O gün Rövşənin beşiyinin yırğalandığı Masallıya da, məzarının qazıldığı Bilgəhə də yağış yağdı...
Görəsən doğurdanmı, yağış yağanda “Göy ağlayır”, günəş çıxanda “gülür”?! Təbiətin RUHU ilə işim yoxdur, amma cəmiyyət həyatında və bu dünyada hərəmiz qismətimizə Tanrı tərəfindən yazılmış bir ömür payı yaşayırıq. Kimi qısa, kimi uzun ömür sürür! Amma ömür uzunluğu ilə yox, əhəmiyyəti ilə ölçülür, deyiblər. Bir də deyirlər ki, ÖMÜR YARIMÇIQ qalmır!..
Nədənsə bu payızın çişkin yağışı, xəzan çağı , səmada köç edən durna qatarı rəssam dostumuz Ehtiramın çəkdiyi ötən illərin payız tablolarına bənzəmirdi... Rövşənin üç mərasimində məzarını qucaqlayan qardaşının hıçqırıqları, bir cüt boynubükük bənövşə kimi oğlanları Elnurla Elmarın qəmli baxışları, qəbiristanlığın ölü sükutunu pozan “Yasin” surəsinin avazla oxunuşu, başsağlığına gələnlərin üz-gözlərində həkk olunmuş əbədi ayrılığın şəkilləri bu payız günü ruhumuza ağrı kimi hopdu...
Yaşasaydı Rövşəni bu adamların çoxu ad günü münasibətilə təbrik edəcəkdilər! Təbrik üçün təmtaraqlı söz deməyi bacaranlar, indi dərin hüzn içində Rövşənin əzizlərinə təsəlli üçün, təskinlikverici söz tapıb deməyə çətinlik çəkirlər sanki... Ad günü ərəfəsində Rövşənin dünyasını dəyişməsi hamımızı mat qoyub, sarsıtmışdı... Yolboyu payız küləyinin “dilində” də sanki bu kəlmələr səslənir:

Bu dünya bazarında
Ömürdən ucuz nə var?!
Nəfəs-Can arasında
Bircə AN məsafə var...

Görəsən niyə insan oğlu ömrü yarı olmamaş, hələ canı suluykən, çevrəsində bir qoşun cəngavər dost-tanışı ola-ola ölümün qarşısında aciz olur? Ölüm haqq olsa da, görəsən doğma adamın itkisi niyə bu qədər ağrılı, qeyri-təbii görünür?
Qələm dostumuz Damət Salmanoğlu demişkən, elə Rövşənin verdiyi sualların da çoxu cavabsız qaldı. Yəqin ki, hər gün sahilində gəzib-dolaşdığı mavi dəniz də qəribsəyir onun üçün!..
“İnsanın xarakteri onun taleyini müəyyənləşdirir” Filosoflardan hansısa bu kəlamı elə bil Rövşən üçün demişdi. Heç vaxt taleyindən və səhhətindən gileylənməzdi... Xarakterinə nabələd adama ilk anda elə gəlirdi ki, o, yetmədiyinə daş atıb, yetənə sataşır... El arasında beləsinə “məzələnir” də deyirlər. Amma Rövşən zarafatları ilə dost məclisində şux əhval-ruhiyyə yaradırdı. Bizə, bir neçə saatlıq da olsa, iş, ailə, məişət qayğılarını unutdururdu.
Rövşən öz ailəsinə vurğun insan idi. Övladlarına ali təhsil vermək , onların ev-eşik sahibi olmaları üçün yorulmaq bilmədən min bir zəhmətə qatlaşırdı...
Məncə, VARLIQ bu dünyada hər şeyə qadir olmaq, YOXLUQ isə hər şeyi itirmək anlamına gəlmir. Bütün dostlarımız kimi Rövşənin də yoxluğunda XATİRƏLƏRİMİZ xərcləndikcə tükənmyən, zənginləşən sərmayə kimidir.
Əgər xatirə keçmisin həqiqəti, ümid isə gələcəyin xəyalıdırsa... onda ÜMİD edirəm ki, Elnurla Elmirin yaxşı əməlləri atalarının, xatirəsi bizə əziz olan dostumuz Rövşənin yarımçıq qalmış ömrünün davamı olacaq!..
Ruhuna ehtiramla
Nurəddin Ədiloğlu.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !