Çinli musiqiçilər ADU-da konsert verib -

Çinli musiqiçilər ADU-da konsert verib

 Oktyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) çinli musiqiçilər konsert proqramı ilə çıxış ediblər. ADU-nun nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Şandon Pedaqoji Universitetinin incəsənət işçiləri rəngarəng musiqi nümunələri ilə tamaşaçıların zövqünü oxşayıblar.
Tədbiri açıq elan edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev musiqi sənətinin vacibliyindən, mədəniyyət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb, multikulturalizm siyasətinin həyata keçirilməsi üçün yaradıcı qrupların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin Ticarət məsələləri üzrə məsləhətçisi Van Çun Qan Böyük İpək Yolunun dirçəldilməsi proqramı çərçivəsində humanitar əməkdaşlığın vacibliyini qeyd edib.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycanda Çin musiqi mədəniyyətinə böyük maraq göstərildiyini vurğulayaraq, Çin bədii komandasının Azərbaycan gənclərinin qədim konfutsizm mədəniyyəti ilə tanışlığına kömək edəcəyinə əmin olduğunu bildirib.
Azərbaycanda çoxmədəniyyətlilik siyasətindən məmnunluğunu diqqətə çatdıran Şandon Pedaqoji Universitetinin İncəsənət qrupunun müdiri, professor Çi Şulin təmsilçisi olduğu ali təhsil müəssisəsinin mədəniyyət ənənələri, müxtəlif universitetlərlə tələbə mübadiləsini genişləndirmək üçün atılan addımlardan danışıb.
Konsertdə qədim çalğı alətləri və fleyta Çin xalq musiqisi, ənənəvi Pekin operasından rəqs nömrələri təqdim edilib və kunq-fu Çin döyüş sənəti ustalarının səhnələşdirilmiş nömrələri nümayiş olunub.
Qeyd edək ki, tədbirdə ADU-nun “Dalğa” rəqs qrupu da çıxış edib.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !