Muzey Mərkəzində “Davam” adlı sərgi keçirildi! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

 AZpress. AZ İnformasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 24 oktyabr 2017-ci il tarixində Muzey Mərkəzində Görkəmli Azərbaycan Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş “ Davam “ adlı sərgi keçirilmişdir.
Sərgidə Həsən Haqverdiyevin Azərbaycan Milli İncəsənət Muzeyi , Azərbaycan Dövlət Rəsm Qalereyasının Fondlarından, ailə və digər şəxsi kolleksiyalarından seçilmiş əsərləri ilə yanaşı böyük sənətkarın yaradıçlıq yolunu davam etdirən, Haqverdiyevlər ailəsindən olan Əli, Hüseyn, Saida, Ucal, Yelena, Butunay, Sabina və Fərhadın yaradıcılığına aid əsərlər Nümayiş olunmuşdur.
Qeyd edək ki, H. Haqverdiyevin yaradıcılığında teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir.
Sərgiyə bir çox tanınmış rəssamlar, səfirliklərin nümayəndələri, media nümayəndələri və sənət sevərlər gəlmişdilər. Sərgi 28 oktyabr 2017-ci il tarixinədək davam edəcək.
AZpress.AZ, Minə Türksoy.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )