ADU-da Dilçiliyə giriş kitabının təqdimatı keçirilib. -

ADU-da “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilib.

 Oktyabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə universitetin Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov Dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu qeyd edib. O, həmin fənnin əhəmiyyətindən danışaraq onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını bildirib.
Kitabın müəllifi F.Veysəlli iştirakçıları salamlayıb və onlara tədbirə qatıldıqları üçün təşəkkür edib. Daha sonra “Dilçiliyə giriş” kitabı haqqında məlumat verən professor müəllifi olduğu dərs vəsaitinin xüsusiyyətləri, müraciət etdiyi mövzulardan söz açıb. O, qeyd edib ki, kitabı hazırlayarkən dünya dilçilik irsinin Azərbaycana gətirilməsi, azərbaycanlı tələbələri elmin yeni nailiyyətləri ilə tanış etmək, onlara dilçiliyin əsaslarını çatdırmaq, eyni zamanda nəzəriyyə ilə təcrübəni əlaqələndirmək məqsədlərini ön plana çıxarıb. F.Veysəllinin sözlərinə görə, 20 fəsildən ibarət olan kitabda müasir dilçiliyin problemlərinin həlli araşdırılıb, həmçinin kitaba 100 test tapşırığı əlavə olunub.
Digər çıxışçılar “Dilçiliyə giriş” kitabını dilə geniş nəzəri müddəalar gətirən, dilçilik elmini ictimaiyyətə çatdıran, tələbələr və tədqiqatçılar üçün çox böyük təcrübi əhəmiyyətə malik olan, dilə insan nöqteyi-nəzərindən yanaşan təqdirəlayiq bir dərs vəsaiti kimi qiymətləndiriblər. Onlar müəllifə yaradıcılığında uğurlar arzulayıblar.
Tədbirin sonunda Auditoriya+ şöbəsinin müdiri Bədirə Kərimova F.Veysəlliyə uğurlarının davamlı olmasını arzulayıb və ona hədiyyə təqdim edib.
Qeyd edək ki, “Dilçiliyə giriş” kitabı dilin və dilçiliyin yaranması, dilin strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, dilçiliyin obyekt və predmetini, onun tədqiqat metodlarını işıqlandırır, dilin daxili strukturunu açıb göstərir, söz və cümlə semantikasını müasir nəzəriyyələr baxımından şərh edir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !