Lənkəran teatrı Cəlilabadda qastrol səfərində olub - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrı Cəlilabadda qastrol səfərində olub + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Oktyabrın 27-də Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabadda qastrol səfərində olub. Yaradıcı kollektiv Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzinin səhnəsində yazıçı-dramatirq Hafiz Mirzənin “Ay lolo və ya mockvalı gəlin” tamaşası ulə sənətsevərlər qarşısında çıxış edib.
Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş sovet dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait yaradır. Amma bunun hiylə olmasının üstü açılır. Sonda ata-anaları rus qızını oğlanları üçün almağa razılaşsalar da, Nataşa Moskvaya qaçır...
Tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.
Qeyd edək ki, sənətsevərlər tərəfindən maraqla baxılan tamaşanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun icra strukturlarının, hüquq-mühafizə otqanlarının nümayəndələri və pedaqoji ictimaiyyəti də izləyiblər.

Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )