Maya Quliyeva (AZpressAZ): Unutmayaq ki , unudulmayaq ..

 Ölkəmizi yerləşdiyi coğrafi mövqeyinə görə , regionda ən şanslı xalqın yaşadığı məmləkət adlandırmaq olar. Həm də “şanssızlıq”… Tarix boyu, lap elə yaxın tarixdə belə təbii sərvətlərimizə görə vətənimizə göz dikənlər, torpaqlarımıza soxulub, xalqımıza hücum çəkənlər az olmayıb. Demək olar ki, məmləkətimiz bu günə qədər nəsilbənəsil qanlı savaşların şahidi və iştirakçısı olub.

Ziyalılarımız məqsədli şəkildə güllələnib, igid-igid azəri oğulları şəhid edilib. Lakin çox çəkmədən bu məmləkət həm ziyalı yetirib , həm də bir-birindən cəsur vətən keşikçiləri… Məhz bu səbəbdən ölkəmizin hər tərəfində şəhid və dünya şöhrətli ziyalıların məzarlarına rast gəlmək olar.
Məzarlıq demişkən , sizə qürur mənbəyimiz olanların uyuduğu məzarlıqdan söhbət açacağam.
Fəxri xiyabandan...
O xiyabandan ki, orada Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qismi dəfn olunub.
- O xiyaban ki, əsasən Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər ,
- iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar - tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri ,
- İkinci dünya müharibəsi illərində alman faşizminə qarşı döyüşlərdə helak olmuş Sovet İttifaqı Qehrəmanları ,
- 20 yanvar 1990-cı il şəhidləri ,
- həmçinin hazırda da davam edən Azərbaycan-Ermənistan münaqişəsi zamanı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda göstərdikləri şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və s. adlarına layiq görülmüş insanların dəfn olduğu yerdir. And və qürur yerimiz olan xiyaban…

Mətləbə keçməzdən öncə istədim fəxri xiyaban haqqında qısa məlumat verim. Daha doğrusu , bu məlumatı məmnuniyyətlə diqqətinizə çatdırmağı özümə borc bilirəm.

Fəxri xiyaban , Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmış və həmin tarixdən Fəxri xiyabanın qurulmasına başlanmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri — Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları da Fəxri Xiyabana köçürülmüş və onların qəbirüstü abidələri qoyulmuşdur. Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.
Fəxri xiyaban yaradıldıqdan sonra Azərbaycanın vəfat etmiş görkəmli şəxsiyyətləri, bir qayda olaraq, burada dəfn edilmişlər. Hazırda Fəxri xiyaban vətəndaşların və xarici qonaqların ziyarət yerinə çevrilmişdir.
Sovet dövründə və müstəqillik illərində Azərbaycan Respublikasında yüksək vəzifələr tutmuş, o cümlədən dövlət başçıları, parlament sədrləri, nazirlər, deputatlar, xalq yazıçıları və şairləri I Fəxri Xiyabanda dəfn olunurlar.
Hazırda I Fexri Xiyabanda 251, II Fexri Xiyabanda isə 500-dən artıq mərhum dəfn olunub.
Yəqin sonuncu cümlə diqqətinizi cəlb elədi , I və II Fexri Xiyaban.
Adətən böyük əksəriyyətimiz birinci Şehidler xiyabanında çox olmuşuq. Orada olan səliqə səhman , ümumilikdə oranın mühafizə xidmətindən ta nəzarətçilərinə qədər görülən iş tam onluq olmasa da yene de şükür ki , baxımsız da deyil . Olsun. Sevindirici və bəyənilən bir reallıqdır. Lakin təəssüf hissi ilə qeyd edim ki, ikinci fəxri xiyaban haqqında bu sözləri ifadə etmək düzgün deyil. Çünki birincidən fərqli olaraq ikinci fəxri xiyaban gözdən və könüldən uzaq qalıb desək heç də yanılmarıq.

Bakıya xaricdən gələn qonaqlarımız və paytaxta ilk dəfə səfər edən gənc qohumlarımı sevə-sevə Bakı ilə yaxından tanış etməyi xoşlayıram. Əlbətdəki onları şəhərdə yerləşən tarixi abidələrə, muzeylərə aparıram. Amma üz tutacağımız ilk ünvan şəhidlər xiyabanı və fəxri xiyaban olur. Elə bu proses dövlət səviyyəli rəsmi qonaqlarda da belə olur. Ancaq özüm şəxsən ikinci fəxri xiyabanda çox az olmuşam. Oranının ziyarətinə cəmi üç dəfə getmişəm. Hər dəfə orada rastlaşdığım mənzərə demək olar ki içimdə sıxıntı yaradıb. Sonuncu dəfə bir neçə gün əvvəl ora üz tutdum. Badamdard qəsəbəsi ərazisində yerləşən xiyabanda hər şey qaydasına düşər ümidi ilə dördüncü ziyarətimi gerçəkləşdirirdim. Bu sözün əsl mənasında ziyarətdir. Çünki orada birinci fəxri xiyabandan fərxli olaraq həm xalqımız üçün xüsuxi xidmətləri ilə yadda qalan ziyalılarımızla yanaşı xeyli sayda cəbhədə- səngərdə qəhramanlıq göztərərək canından keçmiş şəhidlərimiz də uyumaqdadır.

İlk olaraq xiyabanın giriş qapısında yenə əraziyə nəzarət edən kimsənin olmadığını müşahidə etdim. Əvvəlkindən fərqli olaraq qapının yaxınlığında, hasarın diblərində gəzinən sahibsiz itlərin sayı bir qədər də artmışdı. Xiyabanın girinşindən sağ tərəfdə əsasən şəhidlərin (Qəhrəmanların) məzarları yer alır. İçəridə sonuncu dəfə təmizlik işinin ən azı bir ay əvvəl aparılması xiyabana səpilmiş ağac qırıqlarından və küləyin gətirdiyi sarafan parçalarından anlamaq olardı. Qarşı terefdeki rus qebristanlığının halına acıyırdım hemişe .Heç kimin görünmədiyi xiyabanda tək irəliləməyə davam edirdim. Orada olan sükutu yalnız avtomobil yolundan gələn siqnal səsləri pozurdu. Birdə yağış qarışıq Bakı küləyinin fəxrlərimizin məzar daşına çırpılaraq yaratdığı uğultu səsləri…
Artıq Mübariz İbrahimovun məzarının yer aldığı cərgədəydim. O cərgədə həmçinin son aprel döyüşlərinin qəhramanları Murad və Samid də yer alır. Məndən əvvəl həmin cərgəni cəmi ikicə nəfər ziyarət etmişdi. Bunu daş döşəmənin üzərində qalan iki çüt palçıqlı ayaq izlərindən anladım. Hələ bəlkə də həmin palçıq orada qalmaqdadır. Əgər yağış yuyub aparmayıbsa…

Orada rastlaşdığım ürək ağrıdan, könül sındıran nöqsanları lentə almamaq qərarına gəlmişdim. Çünki bunu hamımızın nöqsanı hesab edirəm. Və düşünün ki, orada olanların çəkilib paylaşılmasına düşmən də baxacaq deyə düşünürdüm. Ancaq solmuş baş daşlarında çetinlikle oxunan adlar , ləkədən şəkli görünməyən, çatlaq, qırılıb yerə düşən, ümumilikdə üzərində adı olub şəkli qopan məzarları lentə almamağa vicdanım yol vermədi. Onların cəmi üçünü çəkdim. Məzarında uyuyan , bizim üçün canını qurban verən şəhidlerdən içimdə keçirdiyim utanc hissi ilə üzr isdəyərək çəkdim .

Qarşılaşdığım mənzərə qandonduran idi. Artıq hər səfərdə daha pis hallarla rastlaşdığım xiyabandan hara gedəcəyimi bilmədim.
Uçma təhlükəsində qalan şəhid məzarı çox görmüşəm. Hətta tamamən məhv edilmişini də… Amma həmin o məzarlar ya düşmənin işğal etdiyi ərazilərdə yer alır, ya da Ağdam, Füzuli və Tərtər rayonlarında qoşunların təmas xəttinə ən yaxın ərazilərdə. Yəni düşmənin rahat şəkildə müşahidə etdiyi neytiral ərazidə…

Çox maraqlı bir məsələ çıxır ortaya. Mən orada hər iki tərəfi , yeni - cəbhə bölgəsində güllələnmiş və ya məhv edilmiş şəhid məzarları ilə ikinci fəxri xiyabanda yer alan , kadrlarda da gördüyünüz məzarları müqayisə etdim. Özüm özümə verdiyim sualların arasında itib batdım. Tutaq ki, oradakı məzarları ermənilər o kökə salıb. Bəs buradakıları kim edib? Oradakı məzarları bərpa etməyin mümkünsüzlüyünün anlaşılan , məlum səbəbləri var. Bərpa işlərinin aparılmasına işğalçı Ermənistan ordusunun snayperləri və digər iriçaplı silahları imkan vermir. Bəs burdakıların bərpasına kim imkan vermir?.. Nə qədər acı və ürəkağrıdan olsa da bir faktı qeyd edəcəyəm. Hazırda işğal altında olan və işğaldan sonra daş üstündə daşı qalmayan Ağdam şəhərinin şəhidlər xiyabanı da tamamən məhv edilib. Necə deyərlər düzlənib. Amma orada bir şehidimizin məzarı , tanıyıb bilmədiyimiz bir erməni tərəfindən diqqətlə qorunur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı… Bunu tarix boyu türk xalqının düşməni olan, günahsız, dinc Azərbaycan xalqının qəniminə çevrilib himayədarlarının göstərişi ilə azərilərin qanına susayan qudur ermənilər edir . Amma bu gün paytaxtda xalqımızın böyük ziyarətgahlarından olan ikinci fəxri xiyabandakı şəhid məzarları qorunmur və baxımsızlıq ücbatından məhv olma təhlükəsi ilə baş-başa buraxılır.

Maraqlıdır görəsən aidiyyatı üzrə cavabdeh olan qurumların başında olan məmurlar , ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqla həlak olan vətən övladlarının məzarına laqeyid yanaşmaqla, o məzarların bu kökə qalmasına göz yummaqla nə demək isdəyirlər... ?
Şəhidin dəfnində və ya anım günündə kameralar qarşısına çıxıb boy - boy poz verənlər , solmuş məzar daşındakı baxışlardanmı qorxub gəlmirlər xiyabana ?
Bəs heç Şəhidinin haqqın tələb edən ailələrdəmi gəlmir onları ziyarətə ?
Onlar niyə - bu məzarlar solub , adlar bir az sonra oxunmayacaq , şəkillər isə qopub düşüb demirlər ?
Niyə onlar da bu məzarlar kimi susublar ...?
Bu yaxınlarda - " dövlət şəhidlərimizin haqqı olan pulu onların ailəsinə vermir , gəlin Milli Məclisin önünə topalanıb haqqımızı tələb edək " deyə bir yazı oxudum .
Və adama - siz şəhidlərin haqqını pullamı ölçürsünüz yazdım ?
Mənə öz aləmində , özünü haqlı çıxaracağı sözlər yazdı . Məni – şəhidlərin haqqını tanımadığıma görə Vətən xaini də adlandırdı .
Mən Şəhidlərimizi unudan və onların haqqını 11 min manatla ölçən hər kəsə - Şəhid ailələrinə veriləcək təzminat , Qələbə xəbəri olmalıdır deyirəm .
Unutmayaq ki , unudulmayaq ..