Ağcabədidə məktəblilər arasında inşa və bədii qiraət müsabiqəsi keçirilmişdir. - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə məktəblilər arasında inşa və bədii qiraət müsabiqəsi keçirilmişdir. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

 YAP Ağcabədi rayon təşkilatı idarə heyətinin YAP-ın 25 illik yubileyi ilə əlaqədar təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq sentyabr ayının sonlarında başlayan tədbirlər davam edir. Oktyabr ayının 26-da məktəblilər arasında “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda inşa müsabiqəsi, oktyabr ayının 27-də isə məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilmişdir.
Hər iki müsabiqəni YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açmış, müsabiqə iştirakçılarına müsabiqələrin YAP-ın yaradılmasının 25 illiyi münasibətilə keçirildiyini bildirmiş, müsabiqənin şərtləri barədə məlumat vermişdir. Əvvəlcədən müəyyən edilmiş münsuflər heyətinin rəhbərliyi ilə hər iki müsabiqə uğurla başa çatmışdır.
Müsabiqədə I yer tutan iştirakçılarYAP-ın 25 illik yubileyinə həsr edilmiş ümumrayon tədbirində , II və III yer tutanlara isə digər tədbirlərdə Fəxri Fərmanlar və hədiyyələr veriləcəkdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )