Warning: file_put_contents(./cache/default.luxe) [function.file-put-contents]: failed to open stream: Stale file handle in /home/content/46/7879846/html/azpress/includes/Parser.php on line 158
VÜQAR İMANOV : - Heyf, çox heyf...

VÜQAR İMANOV : Heyf, çox heyf...

 Çox təəsüf!!! Bu günün "Maşın şou" Rauf - Mexriban Xanlarova səs vermə nəticəsi 87-13 % qarşı bir daha göstərdi ki, cəmiyyətimiz uçuruma gedir! Cavan insanın ozündən böyük qadına qarşı (hələ mən mədəniyyətimizə böyük tövhə verən Aktrisanı demirəm) belə hörmətsizlik və hətta təhqir səviyyəsinə çatması davranması qətiyyən qəbul olunmazdır!!! Və belə insana - bu qədər səs??? Ay millət, nə olub sizə??? Zemfira Adigozalova sənə görə də çox təəsüf - arxadan vurulan zərbə, çünki özünü müdafıyə etmək şansın olmadı....Heyf, çox heyf,,,.

 

REDAKTORDAN: Mən belə başa düşürəm ki, Murad Dadaşovun bu şounu yaratmaqda əsl məqsədi şou nüməyəndələrinin əsl iç üzünü bu milllətə açıb göstərməkdir. Və biz də bunun şahidi oluruq. Hər dəfə bu proqram yayımlananda, hamı istər-istəməz ekran qarşısına keçir və hər kəs beynində fikirləşir ki, görək onlar özlərini necə aparacaq, görək növbəti biabırçılığın müəllifləri kimlər olacaq?.. Hər yerdə özlərini başqa cür ifadə edən nümayəndələr, maşın şouda necə görsənəcəklər? Və faktiki olaraq, biz həqiqətən də onun şahidi oluruq ki,  maşın şouda  əksəriyyətinin mədəniyyəti, iç üzü, səviyyəsizliyi o məkanda meydana çıxır. Nə deyim: COX SAĞ OL, MURAD DADAŞOV!

S.RASİM