Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə mövzularında seminarların təşkili layihəsi. -

“Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə mövzularında seminarların təşkili” layihəsi.

 Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən “Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə mövzularında seminarların təşkili” layihəsinin icrası başa çatmışdır.
Üç ay müddətində icra olunmuş layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə gənclərin insan alveri və əməyin istismarı qurbanlarına çevrilməməsi və əksinə bu kimi problemlərə qarşı ayıq olub, mübarizə aparması üçün maariflənməsi həyata keçirilmişdir. Layihənin iş planına uyğun olaraq tədbirlər Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetində təşkil olunmuşdur.
Hər üç tədbirdə ölkədəki vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofisin rəhbər müavini Leyla Yolçiyeva Azərbaycan Hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırdı.
O bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə bildirmişdir.
Onun fikrincə insan alveri, əməyin istismarı və narkomaniyanın təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-lərin, geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi cəmiyyətin insan alveri və əməyin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi üçün bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirtməkdən ibarətdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !