Lənkəran Dövlət Universiteti Türkiyə Cümhuriyyətinin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək. - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Universiteti Türkiyə Cümhuriyyətinin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək. + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Türkiyə Cümhuriyyətinin Çukurova Universitetindən sonra Lənkəran Dövlət Universiteti (LDU) qardaş ölkənin daha bir ali təhsil müəssisəsi - İstanbul şəhərində yerləşən Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək. LDU ilə Üsküdar Universiteti arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və elmi–təcrübi əlaqələri genişləndirmək məqsədi ilə protokol imzalanıb. Protokola hər iki tərəfdən universitet rəsmiləri imza atıblar.
İmzalanan müqaviləyə əsasən, bundan sonra universitetlər arasında birgə elmi -tədqiqat işlərinin aparılması, hər iki ölkənin qanunverciliyinə uyğun olaraq ikitərəfli diplomların verilməsi üçün tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, elmi-tədqiqat məlumatlarının birgə mübadiləsi, nəşr fəaliyyətində əməkdaşlıq, birgə elmi-praktik konfransların təşkili və s. istiqamətlərdə əməkdaşlığa start veriləcək.
Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )