Bakı Biznes və Kooperasiya Kollecində “Diaspor dərs”i keçirilib -

Bakı Biznes və Kooperasiya Kollecində “Diaspor dərs”i keçirilib

 Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü olaraq növbəti “Diaspor dərsi” noyabrın 2-də Bakı Biznes və Kooperasiya Kollecində keçirilib. Öncə kollec direktorunun 1-ci müavini Vaqif Mahmudov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin BBKK-da keçirilməsindən məmnunluğunu ifadə edib. V.Mahmudov DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
DJB sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq, əsas hədəflərinin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib. F.Hüseynzadə məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb. O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu dilə gətirib.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sankt-Peterburq şöbəsinin müdiri Zakir Nəbizadə xaricdə keçirdikləri tədbirlər, xüsusən ermənilərə qarşı mübarizədə gördükləri işlər haqqında məlumat verib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” gənclər təşkilatı sədrinin 1-cü müavini, politoloq Elvin Babayev xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb.
O qeyd edib ki, müasir dövrdə hər bir gəncimiz istər ölkə daxilində, istərsə də xaricdə ictimai fəallıq göstərib özünü təsdiq edə bilər.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli DJB-nin gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışaraq gəncləri informasiya müharibəsində aktiv olmağa səsləyib.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü şəkildə “Diaspor dərs”ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi ilə 2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihənin II mərhələsinin davamı olaraq “Diaspor dərs”ləri 2016-2017-ci dərs ilində ali təhsil müəssisələrinin tələbələri üçün də keçirilib. Layihənin effektivliyini nəzərə alaraq DJB tərəfindən könüllü olaraq kolleclərdə də “Diaspor dərs”ləri keçirilir.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )