“Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar xanım İbrahimova ilə oxucuların görüşü keçirilib. - + FOTO (AZpress.AZ Maya Quliyeva, Qarabağ )

“Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar xanım İbrahimova ilə oxucuların görüşü keçirilib. + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

 Tədbirdə şəhər 1 və 6 nömrəli uşaq bağçaları, körpələr evinin uşaqları, şəhər 3, 4, 6, həmçinin, 7 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Görüşü giriş sözü ilə Bərdə rayon MKS-nin direktoru Havva Mirzəyeva açıb. Havva Mirzəyeva uşaqların sevimli jurnalı olan “Sevimli dünya” jurnalından məlumat verərək qeyd edib ki, : - ““Sehrli dünya “ jurnalı 2011-ci ildən çap olunmağa başlayıb. Bu günə qədər Gülzar xanımın 30 –a yaxın kitabı çap olunub, onlardan biri böyüklər üçündür”.
Uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova da çıxış edərək Gülzar xanım İbrahimovanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd olunub ki, jurnal uşaqların maarifləndirməsi yolunda böyük layihələr həyata keçirir, bu da Azərbaycanda gələcək nəsilin daha da intelektual şəkildə yetişməsinə xidmət edir.
Sonra söz yerli yazarlardan şair Telman Hüseynə verilib. O Gülzar xanıma uşaqlar üçün müəllifi olduğu və çap etdirdiyi kitablara görə minnətdarlığını bildirərək vurğulayıb ki,: - “İndiki zamanda uşaq yazarlarının az olduğu bir vaxtda belə bir missiyanı həyata keçirdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Güman edirik ki, belə görüşlər tez-tez olacaqdır”.
Uşaqlar isə öz minnətdarlıqlarını Gülzar xanımın “Mən balaca deyiləm”, “Hansı peşəni seçim”, “Mənim ağıllı balam”, “Nərdənə və nar” kimi yazdığı şeirləri söyləməklə çatdırıblar.
Sonda Gülzar xanım İbrahimovaya bu görüşə çox həvəslə gəldiyini və bu görüşdən məmnun olduğunu söyləyib .Yeni yazmış olduğu şerlərindən səsləndirərək “Sehrli dünya” jurnalından söhbət açıb. Bundan başqa Gülzar xanım bağça uşaqlarına, məktəblilərə kitablarından, “Sehrli Dünya” jurnalından və disklərindən hədiyyə edib.
Onu da qeyd edək ki, tədbirdə “Gülzar nənənin dünyası” adı altında kitab sərgisi də təşkil edilib. Sərgidə kitablar, “Sehrli Dünya” jurnalı, elektron nəşrlər nümayiş etdirilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )