Foto Məsləhətçi : Nikon Full Frame Güzgüsüz Fotoaparat 45 Meqapiksel ilə Gələ bilər

 Nikon Full Frame Güzgüsüz Fotoaparat 45 Meqapiksel ilə Gələ bilər

Nikon full frame güzgüsüz fotoaparat haqqında müxtəlif söhbətlər internetdə gəzməyə başladı. Firmanın 2018-ci ildə təqdim olunması gözlənilən tam kadr güzgüsüz fotoaparat üçün Nikon D850 üzərində istifadə edilən 45 Meqapiksel görüntü sensoru seçilə bilər.

Daha əvvəl Nikon’un araşdırma və təkmilləşdirmə müdiri Tetsuro Goto’nun açıqlamalarında dediyinə görə Nikon, full frame yəni tam kadr sensorlu bir güzgüsüz fotoaparat təkmilləşdirir.

Etibarlı mənbələrə görə firma, iki fərqli sensora malik prototip üzərində çalışdığı iddia edilir. Bunlardan birinin DX format DSLR gövdələrdəki kimi APS-c sensora malik ola biləcəyi və eyni Nikon D500’də olan 20.1 Meqapiksel ölçü ilə gəlməsi gözlənilir.

Gözəl xəbər isə Nikon full frame güzgüsüz fotoaparat haqqında. Söhbətlər doğrudursa tam kadr güzgüsüz Nikon anlayışının D850 DSLR’dən 45-meqapiksel görüntü qəbul ediciyə malik ola biləcəyi ifadə edilir.


Nikon Full Frame Güzgüsüz Fotoaparat D850’dəki 45 Meqapiksellik Sensoru İstifadə edə bilər

Ayrıca Nikon’un tam kadr sensora görə hazırladığı 2 ədəd obyektivinin patentini aldığını xatırlatmaqda fayda var. Bunlar üçün 36mm F/1.2 və 52mm F/0.9 oyektivləri nümunə göstərə bilərik.

Son edilən araşdırmalara görə, Nikon DX formatında və tam çərçivə güzgü olmayan kamera təqdim edə bilər. DX formatlı model 21 Meqapiksel D500 görüntü qəbul edicini, tam çərçivə güzgü olmayara 45 Meqapiksel D850 görüntü qəbul edicini istifadə edə bilər. Nikon hələ DX versiyasını çıxarmaq mövzusunda tərəddüdləri olduğu və yalnız full frame güzgüsüz model çıxara biləcəyi söhbətlər arasında.
Nikon full frame güzgüsüz fotoaparat üçün ortaya atılan söhbətlər və gözlənilənlər aşağıda sadalanmışdır.

· Nikon, 2018-ci ildə həm APS-c güzgüsüz həm də tam kadr güzgüsüz fotoaparat təqdim edə bilər.
· Nikon full frame güzgüsüz üçün yeni bayonet
· Nikon’un yeni obyektivi Nikon’un güzgüsüz fotoaparatları ilə birlikdə gəlir
· Nikon DX güzgüsüz fotoaparat 21 Meqapiksel Nikon D500 görüntü qəbul edicisi, Nikon tam kadr güzgüsüz fotoaparat 45.7 Meqapiksel Nikon D850 görüntü qəbul edicisi istifadə edə bilər.
· Nikon F obyektivlər üçün quraşdırılması təmin edəcək bir adapter hazırlanacaq.

Nikon’un full frame güzgüsüz fotoaparat üçün təqdimatı 2018-ci ildə etməsi gözlənilir. Yeni detallar gəldikcə biz də sizləri məlumatlandırmağa çalışacağıq.


Via: DCN

 

 

( AZpress.AZ ) Nail Əhmədov
 
Alper Orusa istinadən ( Türkiyə )
 
Müəllif hüquqları qorunur 
 
 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )