Məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirildi. - + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

Məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirildi. + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq Artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirildi.

AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət rəsmiləri, sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti adından əklil qoyulub.

Tanınmış diktor Rafiq Hüseynov 1946-cı il avqustun 4-də Şuşada anadan olub. Həyatının böyük hissəsini Bakıda, İçərişəhərdə keçirib. Hələ kiçik yaşlarından atasız qalan Rafiqi və bacısını anası böyüdüb. Onun Azərbaycan televiziyasına gəlişi 17 yaşına təsadüf edib. O, televiziyada işə işıqçılıqdan başlayıb. İki il sonra isə diktorluq müsabiqəsinə qatılıb və qalib gəlib. 1966-cı ildən təcrübəli diktor kimi fəaliyyətə başlayan R.Hüseynov 1990-cı ilə qədər AzTV-də çalışıb. Həm insani keyfiyyətləri, həm də sənəti baxımından hər kəsin rəğbətini qazanan diktor uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib. Oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.

Allah rəhmət eləsin!