Fatma Mahmudova Musiqili Teatrda 3 gün sizinlə layihəsində çıxış edib. -

Fatma Mahmudova Musiqili Teatrda “3 gün sizinlə” layihəsində çıxış edib.

 Azərbaycan Dövlət Musiqili Teatrının “3 gün sizinlə” layihəsi uğurla davam edir. Teatrın Mətbuat katibi Samir Sədaqət oğlu bildirib ki, bu dəfə layihə çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Fatma xanım Mahmudova 3 gün ard-arda tamaşaçıların qarşısına çıxıb. O, E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində Səkinə, Elçinin “Baladadaşın toy hamamı”musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.
Bu səhnə əsərlərində onun tərəf-müqabilləri Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gülnarə Əzizova, Səməd Xasıyev, Gültac Əlili, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Şaban Cəfərov, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqaları çıxış ediblər.
Hər üç tamaşa böyük uğurla keçib, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !