ADMİU-nun əməkdaşı Makedoniyada keçirilən beynəlxalq foto müsabiqənin iştirakçısı olub. -

ADMİU-nun əməkdaşı Makedoniyada keçirilən beynəlxalq foto müsabiqənin iştirakçısı olub.

 Makedoniyada keçirilən "Arxeologiya davam edir” adlı III beynəlxalq foto müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı Arzu Mürvətovanın “Balaca arxeoloqlar” adlı fotosu yer alıb.
Skopye Arxeologiya Tədqiqatları İnstitutunun təşkilatçılığı və Makedoniyanın Milli Arxeologiya Muzeyinin dəstəyi ilə keçirilən sərginin əsas məqsədi arxeologiyanı təbliğ etmək və dünyada mövcud olan arxeoloji əraziləri tanıtmaqdır.
Müsabiqəyə arxeoloqlar, tələbələr, eləcə də digər ölkələrin fotoqrafları tərəfindən 90 foto təqdim olunub. Ən yaxşı 30 foto professional jüri tərəfindən və eləcə də İnstitutun rəsmi səhifəsində səs vermə yolu ilə seçilib.
Qeyd edək ki, müsabiqədə seçilən ən yaxşı fotolar ilə bərabər müəllifin Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksində çəkdiyi foto şəkli də təşkilatçılar tərəfindən hazırlanan onlayn kataloqda yer alaraq ictimaiyyətə təqdim olunub. https://www.facebook.com/IARSkopje/videos/1616647671698807/

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !