Ağ şəhərdə sənət ocağı! - + FOTO (AZpress.AZ Rüstəm İsmayılov) - YENİLƏNDİ

Ağ şəhərdə sənət ocağı! + FOTO (AZpress.AZ – Rüstəm İsmayılov) - YENİLƏNDİ

 Dünya incəsənətinin ən gözəl nümunələri deyəndə hər zaman rəssamlıq inciləri xəyallarımızda canlanır. İnsan ruhunun, insan beyninin möcüzəsi hər kəsi valeh etmişdir.Əlbətdə ki , dünya rəssamlarının əsərlərindən bəhrələnməmək olmur. Hər zaman Van Qoqun, Madelyaninin, Pikasonun və sairə rəssamların sənət əsərləri ən böyük muzeylərin bəzəyinə çevrilmişdir.

Bu gün Azərbaycanda rəssamlığın inkişaf etdiyi bir dövrdə, gənclərin rəssamlığa bu qədər maraq göstərməsi bizim üçün yüksək göstəricidir. Əlbətdə ki, bu gənclərin yetişməsində, rəssamlığın sirlərini daha dərindən bilməsi üçün daha peşəkarlardan dərs alması lazımdır. Bu gün Azırbaycanda yetərincə öz sözünü demiş rəssamlar var ki, onlardanda Arif Əziz, Sakit Məmmədov və bir çoxlarını göstərmək olar. İstər Arif Əziz İstərsədə Sakit Məmmədov həm ölkəmizdə , həmdə ölkə hüdudlarından kənarda tanınır və layiqli tələbə yetişdirməklə rəssamlıq sənətinə öz bəhrələrini vermişdir.

Azpress.Az informasiya Agentliyinin məlumatına əsasən bildiririk ki, 3 noyabr 2017- ci ildə Yeni Ag Şəhər Qalereyasinda Tanınmış rəssamlar Arif Əziz və Sakit Məmmədovun tələbələri ilə sərgisi bash tutdu. Sərgi salonu olduqca dövrümüzün tələblərinə yüksək səviyyədə cavab verən və müasir zövqlə dizayn olunmuşdur.

 Sərgidə rəssamlar Arif Əziz, Ayan Aziz Məmmədova L ,Ayləl Heydərova , Aysel Əziz, Sakit Məmmədov, Cəsar Məmmedov , Nizar Memmedov, Aqsin Kazimov , Diləfruz Bağırova Memmedova, Aynur Memmedova , Ziya Nebiyev , Afsane Hebib, Behruz Kəngərli , Nərminə Vəliyeva ,Leyla Şirəli ,Bavera Əliyeva,  Əsədullayev Xanlar, Raul Huseynov, Cabbarlı Exrac , Kənan Əliyev,   Əliyev Xəlil ,Fikrət Ibrahimli , Kərimova Sevinc , Abbasova Ruxsarə, Tahire ismayıllının yaratdığı sənət əsərləri nümayiş olunmuşdur.  Hər bir sənətsevərin üzünə açıq olan qalereyada sərgi bir neçə gün davam edəcək.

AZpress.AZ , Minə Türksoy.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )