Tarın əvəzolunmaz ifaçısı Ramiz Quliyevin yaradıcılıq gecəsi keçirildi! - +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Tarın əvəzolunmaz ifaçısı Ramiz Quliyevin yaradıcılıq gecəsi keçirildi! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Oxu tar! Oxu Tar!
Nəğməni su kimi,
Alışan ruhuma çiləyim.
Ey geniş kütlənin,
Acısı-şərbəti,
Alovlu sənəti.

M.Müşfiq.Tar — Azərbaycan xalq musiqisinin ifasındə geniş istifadə edilən simli musiqi aləti. Tar- Qarabağın havasını, suyunu, oylaqlarının sükutunu, bulaqlarının şırıltısını, xarı bülbülünün gözəlliyini özündə əks etdirən , bizi dünyaya tanıdan milli musiqi alətimiz. Hər simində bir tarix yaşar, hər toxunan mizrabında bir döyüş ruhunu canladırar tarımız. Musiqi beşiyi Qarabağımın yadigardır tar. Lakin hər əlinə tar alan da ona toxunmaqla ruhumuzu dinləndirə bilməz. Tar muğamdır, tar vətəndir, tar Qarabağdır, tar Ramiz Quliyevdir. Tar deyəndə ağlımıza gələn ilk ad əvəzolunmaz sənətkarımız , tarın mahir ifaçısı, Azərbaycan musiqisinin Allah vergisi Ramiz Quliyev gəlir gözlərimizin önünə. Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin Oxu tar şeirini dinlədikcə sanki Ramiz Quliyev personajı canlanır poeziyada.
1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963-64-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məkləblərində, 1974-92-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiitərə, İsrail, Norveç və s. öikələrdə konsertlər verib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib. 1964-94-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1978-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı, 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universıtetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib. 1993-cü ildə "Humay" Milli mükafatına, 2001-ci ildə "Simurq milii mükafat fondu"nun təsis etdiyi "XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı - "ilin fədakar sənətçisi" fəxri adına, 2017-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.
Azpress.Az İnformasiya Agentliyinin verdiyi məlumata əsasən bildiririk ki, ktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, xalq artisti Ramiz Quliyevin yaradıcılıq gecəsi keçirilmişdir.
Azpress.Az-ın məlumatına görə, yaradıcılıq gecəsi sənətkarın 70 illik yubileyinə həsr olunub və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilmişdir. Konsertdə gənc xanəndələrin ifasında musiqi nömrələri dinlənmişdir. Çıxış üçün səhnəyə çıxan Eyyub Ramiz oğlu Quliyev Ramiz Quliyev Yaradıcılığından bəhs etmiş , onun belə peşəkar olmasında atasının əvəzsiz zəhmətindən danışmışdır.
Professor Ramiz Quliyev və digər ifaçılarla bərabər konsertdə Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblı iştirak etmiş , 70 yaşının olmasına baxmayaraq hələ də tarı onun kimi ifa edə biləcək bir sənətkarın olmadığının möhürünü bir daha vurmuşdur.
Ansamblın bədii rəhbəri xalq artisti Adil Bağırovdur.


Azpress.Az, Minə Türksoy.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )