ADU-nun rektoru Kamal Abdulla İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb -

ADU-nun rektoru Kamal Abdulla İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

 Noyabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüşüb.
ADU-da ispan dili, tarixi və mədəniyyətinin öyrənildiyini deyən rektor diplomatı tələbələrlə görüşə dəvət edib. K.Abdulla əlavə edib ki, diplomat “Səfir saatı”nda istədiyi mövzuda mühazirə deyə bilər. O, qeyd edib ki, ADU tələbələri ispan dili və ədəbiyyatını çox sevir və universitetdəfəaliyyət göstərən İspan dili mərkəzi bu istiqamətdə çox iş görür: “Biz də sizdən İspaniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasında bizə dəstək olmağınızı xahiş edirik”. K.Abdulla ADU-nun İspaniya tərəfindən yalnız auditoriya ayrılması və fənnin dərs proqramına salınmasını gözlədiyini deyib. Həmin universitetlərə müəllim göndərilməsi, onun əməkhaqqının ödənilməsi, mərkəzin avadanlıqlarla təchiz olunması məsələsini isə ADU öz üzərinə götürür. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən K.Abdulla bu sahədə də təcrübə mübadiləsinin hər iki tərəf üçün maraqlı olacağını bildirib. O, qeyd edib ki, açılacaq mərkəzdə “Azərbaycan multikulturalizmi” fənni tədris edilərsə, universitetlər arasındakı əlaqələr də möhkəmlənər. Rektorun sözlərinə görə, ola bilər ki, yaxın gələcəkdə Cənubi Amerikada da Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılsın. İspaniyada müvafiq mərkəz açılarsa, həmin mərkəz Cənubi Amerika ölkələrindəki mərkəzlərin işini də koordinasiya edə bilər.
Öz növbəsindəİqnasio Sançez Taboada rektora təşəkkür edib. “Səfir saatı”nda mühazirə oxumaq təklifini məmnuniyyətlə qəbul edən diplomat bildirib ki, ölkəsində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldıra bilər. O, konkret olaraq Servantes Universitetinin adını çəkib: “Bu universitet ilə əlaqələrin yaradılmasına kömək edə bilərik. Onlarla danışa bilərik ki, ADU-nun həmin universitetin audio-video materiallarına çıxışı təmin olunsun. Çalışacağam ki, ADU-nun ispan dilinin tədrisi üçün lazım olan vəsaitlərlə təmin olunmasına kömək edim və burada mühazirə oxuyum”.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !