9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə silsilə tədbirlər təşkil edilir. + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

 Bərdə Regional Mədəniyyət və Turizm idarəsi 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar olaraq silsilə tədbirlər təşkil edir. Əlamətdar tarixi gün regional İdarənin tabeliyində olan Mingəçevir, Yevlax şəhər nümayəndəliklərində, o cümlədən Bərdə və Tərtər rayonlarında geniş miqyasda silsilə tədbirlərlə qeyd edilir. Bir-birindən maraq dolu anlarla yadda qalan tədbirlərdə bayrağa və dövlətçiliyə həsr olunmuş çıxışlar edilərək konsert proqramları təşkil edilir.
Regional İdarənin Bərdə rayon nümayəndəliyi də öz növbəsində 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü silsilə tədbirlərlə qeyd edib. Uşaq musiqi və incəsənət məktəblərində, klub müəssisələrində, kitabxana filiallarında Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində və Rəsm Qalereyasında keçirilən tədbirlərdə Azərbaycan xaqının müstəqillik uğrunda apardığı mübarizələrdən söz açılıb. Kompozisiya, konsert, sərgilər, dəyirmi masalar şəklində təşkil olunan tədbirlər böyük maraqla izlənib.
Bərdə Dövlət Rəsm Qalareyasının qarşısında açıq havada keçirilən tədbir də maraqla qarşılanıb. Şəhər 4 nömrəli uşaq incəsənət məktəbi ilə Rəsm Qalereyasının birgə təşkil etdiyi tədbirdə dövlət bayrağımızla bağlı müxtəlif məzmunlu rəsm əsərləri sərgilənib. Bundan başqa tədbirdə Bərdə Turizm İnformasiya mərkəzinin region üçün spesifik olan turizm potensialını əks etdirən çap vəsaitləri, suvenirlər və hədiyyələr, o cümlədən Bərdə rayon MKS-nin kitab sərgisi təşkil edilib. Sərgilər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən Regional İdarənin məsləhətçisi Validə Nabatova qeyd edib ki, : - “Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəfli borcudur”.
Tədbir şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin təqdim etdiyi rəngarəng konsert proqramı ilə davam edib. Konsert proqramında musiqi məktəbinin kollektivi ilə yanaşı tanınmış yerli incəsənət ustaları da çıxış edib.
Bərdə rayon Mədəniyyət Mərkəzi və mərkəzin tabeliyində olan klub müəssisələri də bu əlamətdar günü silsilə tədbirlərlə qeyd ediblər. Tədbirlərdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək onun indiki müstəqil Azərbaycan Respublikasının qurulmasındakı əvəzsiz xidmətlərindən söz açılıb. Tədbirlər kompozisiya, konsert, sərgilər, dəyirmi masalar şəklində təşkil edilib. Mərkəzin tabeliyində olan 2, 3, 4 nömrəli şəhər klubları, Xanərəb kənd Mədəniyyət evi, Yeni Əyricə kənd Mədəniyyət evi, Hacılar kənd klubu, Qurdlar kənd klubu, Soğanverdilər kənd Mədəniyyət evi, Lək kənd klubu, Mollaəhmədli kənd klubu, Böyüş Göyüşlü kənd Folklor klubu, Bala Göyüşlü kənd Folklor klubu, Türkmən kənd klubu, Şirvanlı kənd folkor evi, Hacıəhmədli kənd klubu, Məmmədli kənd klubu, Qaraqoyunlu kənd Mədəniyyət evi, Mirzalıbəyli kənd folklor klubu, Saatlı kənd Mədəniyyət evi, Otuzikilər kənd Mədəniyyət evi, Alpoud kənd Mədəniyyət evi, 2 nömrəli hacallı kənd folklor klubu, Zürmürxan kənd Mədəniyyət evi, Çələbilər kənd Mədəniyyət evi, Mehdixanlı kənd folklor klubu, Ərəblər kənd klubu, Xəsilli kənd Mədəniyyət evi, Divanlı kənd xalq yaradıcılığı evi, Uğurbəyli kənd klubu, Mustafaağalı kənd klubu və digər klub müəssisələri də hər biri öz növbəsində bir-birindən maraqlı və rəngarəng tədbirlər təşkil ediblər.
İdarənin Yevlax şəhər nümayəndəliyi də 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü geniş silsilə tədbirlərlə qeyd edib. Şəhər Mədədəniyyət mərkəzində, o cümlədən klub müəssisələrində, kitabxanalarda, Heydər Əliyev Mərkəzində, şəhər Tarix muzeyində təşkil edilən tədbirlərdə müasir Azərbaycan dövlətçiliyinin bünövrəsini qoymuş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib və Azərbaycan bayrağının keçdiyi keşməkeşli yollardan bəhs edilib. Qeyd olunub ki, illərin sınağından çıxaraq bayrağımız bu gün də dünya bayraqları ilə bir sırada dalğalanır. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir.
Sözü gedən tədbirlərdən biri də Yevlax şəhər Mədəniyyət mərkəzi və mərkəzin filialı olan Şəhər Yaradıcılıq evinin birgə təşkilatçılığı il keçirilib. Şəhər Yaradıcılıq evində “Bayrağımız qürur mənbəyimizdir” adı altında baş tutan tədbirdə şəhər əhalisi, qonaqlar, o cümlədən hərbi qulluqçular da iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlayıb. Daha sonra tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru “Respublikanın Əməkdar Mədəniyyət” işçisi Eldəniz Mustafayev açıb. O tədbir iştirakçılarını salamlayaraq 9-noyabr Bayraq günü münasibəti ilə təbriklərini çatdırıb.
Daha sonra tədbirdə ədəbi-bədii kompozisiya təqdim olunub.
Regional İdarənin tabeliyində olan Mingəçevir şəhər nümayəndəliyi də 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü silsilə tədbirlərlə qeyd edib. Belə ki, nümayəndəliyin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində, Mədəniyyət Mərkəzi və filiallarında, Heydər Əliyev Mərkəzində, Rəsm Qalereyasında, kitabxana filiallarında möhtəşəm tədbirlər təşkil edilərək dövlət bayrağından söz açılıb. Tədbirlər konsert proqramları və kompozisiyalarla davam edib.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı günü ilə əlaqədar “Azərbaycan bayrağı dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” başlıqda keçirilən tədbirdə dövlət bayrağına həsr olunmuş video çarx nümayiş etdilərək çıxışlar səsləndirilib. O da qeyd olunub ki, : - “Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur və biz bayrağımızla qürur duyuruq”.
Mingəçevir şəhər MKS və filialları 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü geniş şəkildə qeyd ediblər. Beləki şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanada “Azərbaycan Dövlət Bayrağının tarixi” mövzusunda məruzə, A.S.Puşkin adına 1 nömrəli kitabxana filialda “Bayrağım-varlığım, bəxtiyarlığım” mövzusunda söhbət, M.Hüseyn adına 2 nömrəli kitabxana- filialda “Bir daha yüksələn bayraq, bir daha enməz” mövzusunda məruzə, C.Məmmədquluzadə adına 3 nömrəli kitabxana filialda “Ürəyimdə bir dilək var, o da doğru kəsilsin, o gün olsun üç rəng bayraq Turan üstə açılsın” mövzusunda ədəbi-bədii kompozisiya, M.Füzuli adına 4 nömrəli kitabxana filialda “Bayrağı bayraq edən üstündəki qandır” mövzusunda söhbət, Ş.İ.Xətayi adına 7 nömrəli kitabxana- filialda “Dövlət bayrağı müstəqilliyimizin keçdiyi tarixi yolun simvoludur” mövzusunda dəyirmi masa, A.Şaiq adına 8 nömrəli kitabxana filialda “Azərbaycan bayrağı qürur mənbəyimizdir ” mövzusunda söhbət, N.Gəncəvi 9 nömrəli kitabxana - filialda “Mənim qürur mənbəyim üç rəngli bayrağımdır” mövzusunda söhbət, M.Müşfiq adına 10 nömrəli kitabxana-filialda “Bayrağın uca olsun Vətən” mövzusunda söhbət, H.Cavid adına 11 nömrəli kitabxana – filialda “Bayrağımız qürur mənbəyimizdir” mövzusunu divar qəzetində işıqlandırmaq kimi tədbirlər təşkil olunub.
Regional İdarənin Tərtər rayon nümayəndəliyi də 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü silsilə tədbir proqramları ilə qeyd edib. Nümayəndəliyin tabeliyində olan Tarix-diyarşünaslıq muzeyi, klub müəssisələri, kitabxana filialları və uşaq musiqi məktəbinin təşkil etdikləri tədbirlər maraq dolu anlarla yadda qalıb.
Qeyd edək ki, silsilə tədbirlər Regional İdarə tərəfindən davam etdirilməkdədir və bayram günü ilə əlaqədar olaraq mədəniyyət müəssisələri hərbi hissələrdə konsert proqramları ilə çıxış edəcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )