Dövlət Bayraq gününə həsr olunmuş tədbir.

 08 noyabr 2017-ci il tarixində Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında muzeyimizin və H.Aslanov adına “Mərkəzi Zabitlər Evi”nin birgə təşkilatçılığı ilə 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət batrağı gününün təsis edilməsi” haqqında sərəncamına əsasən hər il Noyabrın 9-u Dövlət Bayrağı günü kimi qeyd olunur. 2009-cu il dekabrın 4-ü isə Milli Məclis Noyabrın 9-unu Dövlət bayrağı günü kimi rəsmilləşdirmişdir.
Muzeydə keçirilən tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramazanova Gülay açdı və Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında məlumat verdi. Sonra H.Aslanov adına “Mərkəzi Zabitlər Evi”nin hazırladığı bədii-musiqili proqram səsləndi.
Tədbirdə Tibb Universitetinin hərbi kursantları, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti, Bülbül adına musiqili məktəbin şagirdləri iştirak etdilər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )