Lənkəranda möhtəşəm “Bayraq yürüşü” keçirilib. - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəranda möhtəşəm “Bayraq yürüşü” keçirilib. + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Bu gün Lənkəranda yağan güclü yağış da “Bayraq yürüşü”nə mane ola bilməyib. 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Lənkəran Dövlət Universitetinin (LDU) təşəbbüsü ilə keçirilən möhtəşəm bayram yürüşündə universitetin professor-müəllim-tələbə heyəti ilə yanaşı, Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri də iştirak ediblər.
Şəhərin Heydər Əliyev prospektinin girəcəyindən start götürən yürüş Dövlət Bayraq Meydanına qədər davam edib. Güclü leysan yağışın yağmasına baxmayaraq bayraq yürüşünə hər iki təhsil müəssisəsindən təqribən 1000-dən çox iştirakçı qatılıb. 4 km-lik məsafəni əhatə edən yürüş boyu vətənpərvərlik ruhunda şüarlar səsləndirilib, Azərbaycan bayraqları əzəmətlə dalğalandırılıb.
Tədbirdə çıxış edən LDU-nin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli kimliyimizi, mənliyimizi, azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Professor Natiq İbrahimov Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini rol oynadığını qeyd edib.
Məlumat üçün bildirək ki, ötən il də LDU-nin professor-müəllim-tələbə heyətinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Lənkəranda möhtəşəm “Bayraq yürüşü” keçirilmişdi.
Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )